Bravo (supermarket)

Bravo Supermarketlər ŞəbəkəsiAzərbaycanda yerləşən supermarketlər şəbəkəsi. Sahibi "Azərbaycan Supermarket" MMC-dir.[1]

Bravo Supermarket
Bravo Supermarket
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye pərakəndə
Məhsulları ərzaq və qeyri-ərzaq məhsulları
Təsis tarixi 2017
Baş qərargahın yeri Bakı
Struktur
İşçi sayı 4000-dən çox
Ana şirkət Azərbaycan Supermarket MMC
bravosupermarket.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Supermarketlər şəbəkəsi ilk dəfə 2017-ci ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb.[2] 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür.[3] Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır.[4]

Market Sayı

Hazırda Bravo Marketlər Şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəmkir, Yevlax, Tovuz, Lənkəran, Şamaxı, GöyçayŞuşa şəhərlərində Hiper, Super, Market və kiçik formatlı market formatında 140-dən çox market ilə fəaliyyət göstərir.

Korporativ Sosial Məsuliyyət

Asan Məktub

KSM layihəsi çərçivəsində Bravo Marketlər Şəbəkəsinin uğurlu əməkdaşlıqlarından biri Asan Məktubla reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq "Bir qəlbi də sən isit", "Bayram Payı", "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib.

Belə ki, Bravo hipermarketlərdə Yeni İlNovruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır. Müştərilər marketlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilirlər.

Bu günə qədər 1000-dən çox balaca fidanların arzuları gerçəkləşdirilib.

Sevinc Payı

Bravo-nun keçirdiyi KSM layihələrdən biri də #PaylaşaraqSevindirək! şüarı altında satışa çıxarılan "Sevinc Payı" qutularıdır. Bu qutuların içində uşaqlar üçün şirniyyatlar, həmçinin hədiyyəli kuponlar olur. Layihənin əsas məqsədi hər qutudan gələn 1 AZN gəlirin xeyriyyə məqsədilə istifadə edilməsidir.

Pensiyaçı kartı

Sərfəli alış-verişə kömək edən Bravo "Pensiyaçı Kartı" məhsulları 10% endirim ilə əldə etməyə imkan yaradır. Bravo hipermarket, superstor və supermarketlərdə Müştəri Xidmətləri bölməsinə yaxınlaşaraq pensiya kartı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə Bravo "Pensiyaçı Kartı" əldə etmək mümkündür.

Bundan başqa Umico, hədiyyə kartları da mövcuddur.[5]

İstinadlar

  1. "Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Bravo Supermarket satış proseslərini avtomatlaşdırır". Trend News Agency. 09.02.2022. 2022-10-01 tarixində arxivləşdirilib.
  2. "Yeni "BRAVO" superstor artıq Şəmkirdə - FOTO". Oxu.az (az.). 11 mart 2021. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2021.
  3. "İri marketlər yeni birlik yaratdı". Oxu.az (az.). 4 sentyabr 2020. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2021.
  4. "İlham Əliyev və Mehriban Əliyeva "Bravo"nun açılışında - YENİLƏNİB + FOTO". Oxu.az (az.). 4 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2021.
  5. "Bravo Supermarket Azərbaycanın rəsmi internet səhifəsi". https://www.bravosupermarket.az (az.). 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.