Kələmkimilər
Kələmkimilər (lat. Brassicaceae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Kələmkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Kələmkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kələmkimilər fəsiləsinin ən tanınmış nümayəndəsi kələmdir. Mədəni nümayəndələri ağbaş kələm, gül kələm, kolrabi kələmi, Brüssel kələmi, vəzəri, turp və s.-dir.
Yabanı nümayəndələri isə yabanı kələm, vəzərək, çöl xardalı, quduzotu, sarılıqotu, quşəppəyi və s.-dir.
Kələmkimilər fəsiləsinin 3 minə yaxın növü var. Əksrəriyyəti ot bitkisidir. Bəzilərində əsas köklər yoğunlaşaraq meyvəköklər əmələ gətirir. Yarpaqları gövdə üzərində növbəli düzülür. Çiçəkləri əksər hallarda sadə salxım çiçək qrupunda toplanır. Çiçəyin kasa yarpaqları və ləçəkləri 4 ədəddir. Ləçəkləri xaç şəklində düzülmüşdür. 6 ədəd erkəkciyin 4-ü uzun, 2-si qısadır. Ətirli və nektarlı çiçəkləri həşəratla tozlanır. Meyvəsi əksərən buynuzməyvə və ya buynuzcuqdur.
İstinadlar
- Angiosperm Phylogeny Group An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 105–121. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00996.X
- Appendix IIB: Conserved and rejected names of families of bryophytes and spermatophytes. // International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) / red. N. J. Turland, J. H. Wiersema, F. Barrie, V. Qreuter, D. L. Hawksworth, P. S. Herendeen, S. Knapp, W. Kusber, D. Z. Li, K. Marhold və b. 2018. ISBN 978-3-946583-16-5