Brandeys Universiteti

Brandeys Universiteti [ˈbrændaɪs] — özəl Amerika tədqiqat universiteti[2]. Massaçusets ştatının Uolham şəhərinin cənub-qərb hissəsində, Bostondan 14 km qərbdə yerləşir. Universitetdə təxminən 3600 bakalavr tələbəsi və 2200 aspirant təhsil alır.[3] 2010-cu ildə ABŞ News and World Report universiteti ABŞ universitetləri arasında 34-cü yeri tutmuşdur.[4] Forbes jurnalı 2010-cu ildə universiteti ABŞ universitetləri və kollecləri arasında 57-ci yerə layiq görüb.[5]

Brandeys Universiteti
Loqonun şəkli
42°21′56″ şm. e. 71°15′35″ q. u.
Əsası qoyulub 20 oktyabr 1948
Tələbə sayı 5.800, 5.265[1]
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet 1948-ci ildə keçmiş Midlseks Universitetinin yerində kişi və qadınların birgə təhsili üçün dünyəvi bir qurum kimi yaradılmışdır. Universitet ABŞ-də məşhur yəhudi hüquqşünas Lui Brandeysin (1856-1941) adını daşıyır.

İstinadlar

  1. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  2. "Fast Facts". Brandeis University. 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-17.
  3. "Schools and Enrollment". Brandeis University. 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-17.
  4. "America's Best Colleges 2008: National Universities: Top Schools". U.S. News & World Report. 2008-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-17.
  5. "How To Chose a College". Forbes;. 2008-05-19. 2009-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.