Bozun əlli çaları
Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E.L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır.[1] Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.
Bozun Əlli Çaları | |
---|---|
Fifty Shades of Grey | |
Müəllif | E.L. Ceyms |
Janr | Erotik dram |
Orijinalın dili | İngiliscə |
Ölkələr | Birləşmiş Krallıq |
Orijinalın nəşr ili | 20 iyun 2011 |
Səhifə | 514 |
Növ | Roman |
Sonrakı | Zülmətin Əlli Çaları |
ISBN | 978-1-61213-028-6 |
Vikianbarda əlaqəli mediafayllar |
Qısa məzmunu
Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
İstinadlar
- "Arxivlənmiş surət". 2014-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.