Bozumtul qızılböcək
Bozumtul qızılböcək-(lat. Capnodis tenebricosa Hbst.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ.
Bozumtul qızılböcək | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Bozumtul qızılböcək |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Həyat tərzi
Böcəklərə bütün yay fəsli rast gəlinir. May ayında yumurta qoyurlar. Yumurtalar əsasən ağacın gövdəsinin yarıqlarına və qabıq altına qoyulur. Yumurtadan iyun ayında çıxan sürfələr ağacın gövdəsinə girərək qidalana-qidalana kökə tərəf irəliləyirlər. Ağacların tör-töküntüsü altında imaqo mərhələsində qışlayırlar. İl ərzində bir nəsl verir. Zərərvericinin sürfə mərhələsindən 2 növ (Macrocentrus ancylivorus Roh., Perisierola gallikola Kieff.) entomofaq qeydə alınmışdır.
Yayılması
Avropa, İran, Suriya, Afrika, Qafqaz, Qazaxıstan. Azərbaycanda Şamaxı-Qobustan, Gəncə-Daşkəsən, Salyan-Muğan və Lənkəran bölgələrində yayılmışdır.