Bozdoğan

Bozdoğan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd[2]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunmuşdur.[3][4] 1850-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşmişdir.[5][6] 1935-ci ildə kənd ermənicə Sarakap adlandırılmışdır. XIII əsrdə Anadolunun cənub-qərbində yaşamış türk mənşəli Bozdağan (Boztuqan) tayfasının[7] adını əks etdirir. Orta əsrlərdə Anadolunun Qoçhasar bölgəsində yaşayan bir el də Bozdoğan adlanırdı . Orta əsrlərdə Şərqi Türkiyədə Bozdoğan kəndi məlumdur[8][9]

Tarixi Azərbaycan əraziləri
Bozdoğan
Ümumi məlumatlar
Bölgə Şörəyel mahalı
İndiki adı Sarakan
Adının dəyişdirilmə tarixi 1935
Əhalisi
  • 517 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Bozdoğan xəritədə
Bozdoğan
Bozdoğan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Rayon mərkəzindən 40 km məsafədə, Arpaçaydan 8 verst aralıda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[10], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[11]

Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından[12][13] formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 03.01.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakan qoyulmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  3. Еремеев Д.Е. Происхождение юрюков и туркмен Турции и основные этапы их истории. "Этнические процессы и состав населения в странах Передней Азии". М., 1963.
  4. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1993.
  5. Шарафхан Бидлиси. Шараф-наме. Перевод, предисловие, примечания и приложения Е.И.Васильевой, т. II. V., 1976..
  6. Bayramov A. Ə. Qədim Oğuz ellərinin – Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
  7. Faruq Sümər. Oğuzlar. Bakı, 1992.
  8. Мамедов С. Азербайджан по источникам XV-первой половины XVIII вв. Баку, 1993.
  9. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958
  10. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.96
  11. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 41
  12. Еремеев Д.Е. Юрюки, М., Наука, 1969, s.11
  13. Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992, s.188–189, 332
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.