Boz siçancıq

Boz siçancıq (lat. Cricetulus migratorius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin siçancıqlar fəsiləsinin siçancıq cinsinə aid heyvan növü.

Boz siçancıq
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Gliriformes
Klad:
Glires
Klad:
Simplicidentata
Yarımdəstə:
Myomorpha
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cricetinae
Növ:
Boz siçancıq
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  632732
NCBI  10032
EOL  1179510

Xarici görünüşü

Bədənin uzunluğu 128, quyruğu 37 mm-ə qədərdir. Üstünün rəngi tünd-bozdan açıq kül-boza qədər, noxuda çalarlıdır.

Yayılması

Yunanıstandan və Ruminiyadan Monqolustan və Çinə qədər Avroasiyada yayılmışdır. Azərbaycanda Xəzər sahilindən 2200–2400 m hündürlüyə qədər hər yerdə müşahidə edilir. Sistematikası öyrənilməmişdir. Görünür, C.m.issabellinus de Flippi formasına aiddir.

Həyat tərzi

Başlıca olaraq çöl növü olub yarımsəhra quraqlığı şəraitinə və rütubətli subalp çəmənlərinə də uyğunlaşır. Gəmiricinin areal hüdudlarında yerləşməsi iki xüsusiyyətlə səciyyələnir: tutduğu biotopların böyük miqdarı və kənd təsərrüfatı sahələrinə sıx bağlılığı. Onun qeydə alındığı 25 biotopun 12-si becərilən torpaqların payına düşür. Landşaftdan asılı olmayaraq siçancıq müxtəlif otluqda, kolluqlarda və cəngəlliklərdə rast gəlinir. Sadalanan yerlərdə gəmiricinin miqdarı 0,4–0,8 % təsadüfə bərabər olub mövsümi sabitliyi ilə səciyyələnir. Onun sayı yalnız hündür dağ çəmənlərində həmişə az olur. Şoranotlu qruplaşmalarda bu göstərici yazda 0,6 % -dən, qışda 2,6 % -ə qədər, daşlıqlarda isə yayda 0,5% — dən qışda və yazda 1,0–1,4%-ə qədər dəyişir. Bu növün Xəzər sahilinin zəif bərkimiş qumluqlarında tapılması maraq doğurur. Yarımsəhrada siçancıq 21 biotopda rast gəlinmişdir. Özlərinin qazdıqları yuvalar sadə quruluşlu olub iki çıxışı və bir kamerası olur. Qida ehtiyatlarının saxlanılması üçün çox vaxt kor kameralrdan istifadə olunur.

Çoxalması

İldə bir neçə nəsil verərək hər dəfə 10-a qədər bala doğur. İlk nəslin cavanları doğulduqları il çoxalmada iştirak edirlər. Təqribən 3 ilin çox hissəsində erkəklərin üstünlüyü hiss olunur.

Qidalanması

Başlıca olaraq bitki toxumları ilə qidalanır. Yuvalarda taxıl bitkilərinin dənləri, balqabaq, qarpız və günəbaxan toxumları tapılmışdır. Bunların çəkisi 800 q-a qədər olmuşdur. Heyvani qidadan həmişə, xüsusilə yerüstü molyusklardan, tırtıl və cücü sürfələrindən istifadə edir.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.