Boz-qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır[1].
Morfoloji tərkibi
Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz[2] və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir[3].
İqlimi
Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür. Yay aylarında isə əksinə çox quru olur. Ərazi relyefi dağətəyi düzənliklərdən və alçaq dağlığın bir hissəsini əhatə edir.
Torpaqəmələgətirən süxurlar karbonatlı-dellüvial, prolüvial gilli, gillicələr və gilli şistlərdən ibarətdir. Ərazidə yarımsəhra və çöl bozqırların efemerler və friqanoidlər geniş yayılmışdır, onlar yaz və payız fəsillərində yaxşı inkişaf etmişdir.
Yarımtipləri
Boz qəhvəyi torpaqlar fiziki-kimyəvi xüsusiyyətlərinə görə iki yarımtipə ayrılır:
- Tam inkişaf etmiş
- Zəif inkişaf etmiş
İstinadlar
- Kovalyov P. V. Lənkəran vilayətinin torpaqları (rus dilində). Bakı: 1966, 372 s.
- Məmmədova S. Z. Azərbaycanın Lənkəran vilayəti torpaqlarınnı ekoloji qiymətləndirilməsi və monitorinqi. Bakı: Elm, 2006, 369 s.
- Həsənov B. İ. Azərbaycan meşə torpaqlarında qonur torpaq əmələgəlməsi (rus dilində). Bakı: 1983, 240 s.