Boz Abdal (dağ)
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ silsiləsinin adı.
Boz Abdal | |
---|---|
Yerləşməsi | |
Ölkə |
Toponim
XIX əsrin ortalarında Tiflis quberniyasının Borçalı qəzasında da bir dağ Bezabdal adlanırdı. Yerli tələffüz forması Baz-Avdal. Azərbaycanda və Ermənistanda toponimlərdə boz sözü iki mənadadır. 1. Bir sıra coğrafi adlarda bu söz bozqır yer, torpağın süxuru boz rəngə çalan yer, bitkisiz (yaxud seyrək bitkili), çılpaq, meşəsiz, əkilməyən yer bildirir. 2. Qaya və dağ adlarında boz sözü Altay dillərindəki bayts, bayz, bays (Azərbaycan dilində baz) sıldırım qaya, dik qaya, ətəyində dar dərədə çay axan dağ sözününün təhrifidir. Lakin çox hallarda boz sözü danışıqda baz, bez, vaz formalarında tələffüz edildiyinə görə onun mənalarını müəyyən etmək olmur. Sıldırım qaya mənasında bu söz ilk dəfə Babəkin Bəzz qalasının (Cənubi Azərbaycanın Qaradağ mahalı) adından məlumdur. Şimali Azərbaycan ərazisində Teyvaz, Canbaz, Lehvaz, Kəpəz və b. toponimlərdə baz, vaz sözləri də məhz Bəzz (əsli Bayz) qalasının adındakı mənanın ifadə edir. Beləliklə, Boz Abdal dağının adı ya Abdal qayası, ya da Abdal boz süxurlu dağı mənasındadır. Oronimdəki Abdal komponenti isə ya Abdal şəxs adı (yaxud dərviş mənasında), ya da hunların Abdal tayfasının adından ibarətdir. XIX əsrdə Gürcüstanın Borçalı qəzasında Boz Abdal (digər adı Todardağ) dağı, Qars əyalətinin Kaqızman dairəsində Vays-Kom kəndi və Vayz-Kom qışlağı, Ordubad rayonunda Nəsirvaz kəndi, Dağlıq Qarabağda Canbaz (qədim türk dillərində çanq sıldırım dağ yarğanı əlçatmazdaq ) dağı və Mavas dağı, Qasım İsmayılov rayonunda Sarvaztəpə dağı, Qubadlı rayonunda Bezmintəpə dağı, Şamaxı rayonunda Dostu-Bazı və Osman-Bazı dağ adları və s. bu sözdən yaranmışdır. Fərmanla bu dağın adı ermənicə Bazum adlandırılmışdır. Görünür ermənilər dağ adlarında baz sözünün türkcə olduğunu bil-mirlər.
Həmçinin bax
Ədəbiyyat
- Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
- Армянская география VII века по Р.Х. Спб. 1877.
- Məmmədov H. “Dəftəri-müfəssəl-əyaləti Tiflis”də yer adları. “Azərbaycan filologiyası məsələləri”, II c. Bakı, “Elm”, 1984.