Boyunəkər
Boyunəkər, Boynakər, Boynəgər, Boynəkər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd.[1]
Boyunəkər | |
---|---|
39°14′44″ şm. e. 46°38′22″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
9 noyabr 2020- ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Toponimikası
Boynəgər kəndi Bazarçayın sahilindədir. Boynakər variantında da qeydə alınmışdır. Kənd Boyunəkərə yeri adlı sahədə salındığı üçün həmin sahənin adını götürmüşdür. Oykonim boyun (burada kotana qoşulan bir cüt öküz) və əkər (şumlanması asan olan, münbit torpaq sahəsi) sözlərindən düzəlib, "kotana qoşulan öküzlə şumlanan sahə" mənasındadır.[2]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.