Boyat (Neftçala)

BoyatAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.

Boyat
39°24′05″ şm. e. 49°05′03″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Boyat xəritədə
Boyat
Boyat

Tarixi

Boyat[1] (Bayat [2], Bəyat[3] ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali AzərbaycandaQədim AlbaniyadaArranŞirvan ərazisində və digər yerlərdə təsadüf edilir.

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb DərbənddəŞabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.

Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.[4]

Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.[5] Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır.[6]

İstinadlar

  1. Rövşən Hüseyinov (Ağahüseynli, Eldar Səfa Şahvələdli. Albaniya-Arran-Şirvan. "Ünsiyyət" nəşriyyatı, Bakı-2008.səh.55.
  2. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.58.
  3. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60
  4. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.105.
  5. Əli Əliyev, "Laçın – Qədim Oğuz yurdu". Bakı-2009. "Avropa nəşriyyatı". səh. 86.
  6. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh. 60.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.