Botanika İnstitutu (Azərbaycan)
Botanika İnstitutu — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olan elmi-tədqiqat institutu.
Botanika İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1936[1] |
Sayt | botany.az/en/ |
Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva.
İcraçı direktor: Biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov.
Fəaliyyət istiqamətləri
- Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması
- Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması
Tarixi
Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AR ETN Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırkı AMEA Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırkı Mərkəzi Nəbatat Bağı), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırkı AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində fəaliyyət göstərmişdir.
İnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, Qafqaz florasının məşhur tədqiqatçısı, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü A.A.Qrossheymin mühüm rolu olmuşdur. İnstituta akademik A.A.Qrossheymdən (1936-1947) sonra akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952); b.ü.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.X.Tutayuq (1957-1962), akademik U.K.Ələkbərov (1978-1988), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010), akademik V.M.Əli-zadə (2011-2021) rəhbərlik etmişlər. 2021-ci ildən hazıradək İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.
Şöbə və Laboratoriyalar
Ali bitkilərin sistematikası və filogeniyası şöbəsi
- Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyası
- Flora və sistematika laboratoriyası
Herbari şöbəsi
Mikologiya və ibtidai bitkilər şöbəsi
- Alqologiya və lixenobriologiya laboratoriyası
- Eksperimental mikologiya laboratoriyası
Geobotanika şöbəsi
Bitki ehtiyatları şöbəsi
Etnobotanika şöbəsi
Eksperimental botanika şöbəsi
Biomorfologiya və fitointroduksiya şöbəsi
- Toxum bankı sektoru
Təhsil şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi
- Botanika muzeyi
İctimaiyyətlə əlaqələr şöbəsi
Qalereya
- Tobira Pittosporumu
Həmçinin bax
İstinadlar
- GRID Release 2019-02-17. 2019-02-17 2019. doi:10.6084/M9.FIGSHARE.7738979