Botan əmirliyi
Botan Əmirliyi (Osmanlıca: امیرات بوتان)- 1338-1855-ci illər arasında hökm sürən Kürd əmirlərindən biridir.
Sülalə | |
Botan əmirliyi | |
---|---|
امیرات بوتان | |
|
|
Rəsmi dilləri | Osmanlıca |
Dövlət dini | İslam (sunni) |
İdarəetmə forması | monarxiya |
• (1338-1362) | İzzəddini Əl-Bohtin |
Cizrə, Şırnaq və Siirtin Eruh mahalını əhatə edən bölgə Botan adlanır[1].
Əmirliyin adını daşıyan Buxti kürdləri orta əsrlərdə indiki Hakkari ilə Mosul arasında yaşayırdılar.
Bundan əlavə, Bütti kürdləri əvvəlcə Mərvani sülaləsinin banisi olan Humeydi kürdləri ilə əlaqələndirilmişdir[2].
XVI əsrdə yaşayan kürd tarixçisi Şərəfhan-ı Bitlisi tərəfindən yazılmış Şərəf adlı əsərində; Botan Əmirliyi adını cəsarət və döyüş yolu ilə tanınan Bütti Qəbiləsindən aldığını bildirir[3].
Lakin Botan Əmirliyi təkcə Büti Qəbiləsinə aid deyil.
Buxti Qəbiləsindən əlavə Botan əmirliyinin tayfaları arasında Dümbili, Nuqi, Mahmudî, Şeyx Tarani, Masaki, Raşki, Piynkan, Dalam, Biyasturai, Şiruyan, Didəran qəbilələri də varıydı.
Botan bölgəsi 14 bölgəyə ayrıldı, hər biri öz mərkəzinə və öz qalasına aidiydi[4].
Əzizan Meri və ya Əziziyyə Əmirliyi olaraq da bilinən Botan Əmirliyi, ehtimal ki Xalid ibn Vəlidə nəsəblənmişlər[5].
Bundan əlavə, Botan Əmrlərinin Əzîzan Meri kimi tanınmasının səbəbi, bu Əmirliyin qurucusu İzzəddini Əl-Bohtinin adı ilə əlaqədardır[6].
1514-cü ildə Osmanlı və Səfəvi qüvvələri arasında Çaldıran döyüşü əsnasında Botan Əmirliyi Osmanlı tərəfindəydi.
Botan Əmirliyi bu tarixdən bəri Osmanlı İmperiyasına bağlanaraq öz mövcudluğunu davam etdi.
Bədirxan bəyin dövründə ən parlaq dövrünü yaşayan Botan Əmirliyi, 19-cu əsrdə Osmanlı İmperiyasında aparılan mərkəzləşdirmə islahatlarında Əmirliyə son qoyulmuşdur.
İstinadlar
- M. Streck, “Bohtan”, MEBİA, C. 2, MEB, İstanbul 1979, s. 773.
- "ULUSLARARASI ŞIRNAK VE ÇEVRESİ SEMPOZYUMU"," (PDF). 2020-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-15.
- Şeref Han, Şerefname Kürd Tarihi, Cev: M.Emin Bozarslan, Deng Yayınları, İstanbul 2006,s. 94.
- Celile celil, age, 78.
- Şeref Han, a.g.e s.94
- Süreyya Bedirhan, Kürt Davası ve Hoybun, Çev: Dilara Zirek, Med Yay., İstanbul 1994, s. 76