Bosniyalı Dərviş Mehmed Paşa

Bosniyalı Dərviş Mehmed Paşa (15691606, Konstantinopol) — 1595–1596-cı illərdə kaptan-ı dərya, I Əhmədin hakimiyyəti dövründə,21 iyun 1606–9 dekabr 1606 tarixlərində isə ümumilikdə 5 ay 18 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.

Bosniyalı Dərviş Mehmed Paşa
درويش محمد باشا البوسني
21 iyun 1606 9 dekabr 1606
ƏvvəlkiSokulluzadə Lələ Mehmed Paşa
SonrakıQuyucu Murad Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bosniya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam
Rütbəsi Admiral

Həyatı

Mehmed Paşa əslən bosniyalı olmuşdur.[1][2] Dəvşirilərək qapıqulu ocağına daxil olmuş, gənc yaşında bostancıbaşı olduğundan "Cıvan bey" olaraq anılmışdır. Gənc padşah I Əhmədin gözünə girən Dərviş Paşa 1605-ci ildə vəzirliyə yüksələrək kaptan-ı dərya seçildi. Dövrün validə sultanı olan Handan Sultan Dərviş Paşanı oğlundan uzaqlaşdırmaq istəsə də, Handan Sultan 12 noyabr 1605 tarixində vəfat etdi və beləliklə, Dərviş Paşanın mövqeyi gücləndi.[2]

Avstriya cəbhəsinin sərdarı Sədrəzəm Lələ Mehmed Paşa Avstriya ilə sülh danışıqları səbəbilə 1606-cı ilin may ayında paytaxta geri döndü. Ancaq Lələ Mehmed Paşanı özünə rəqib olaraq görən Dərviş Paşa sədrəzəmi paytaxtdan uzaqlaşdırmaq niyyətində idi. Bu məqsədlə sədrəzəmin Səfəvi cəbhəsinə yollanması üçün gənc padşaha təkidlər edirdi. Nəhayət, I Əhməd lələsi olan Lələ Mehmed Paşanı Səfəvi cəbhəsinə göndərmək üzrə qərar verdi. Ancaq Lələ Mehmed Paşanın cəbhəyə getmək istəməməsi səbəbilə padşahla münasibətləri pozulmuş, I Əhməd hətta öz lələsini edamla qorxutmuşdur. Bu olanları qəbul edə bilməyən Lələ Mehmed Paşa bir müddət sonra iflic keçirərək vəfat etdi.[3]

Dərviş Mehmed Paşa 21 iyun 1606 tarixində vəzir-i əzəm təyin edildi. Lələ Mehmed Paşanın vəfatının ardından sərvətinin bir qisminin ordu xərclərinə, bir qisminin isə öz ailəsinə xərclənməsi üzrə padşah fərmanı olsa da, Dərviş Paşa xəzinənin boş olması səbəbilə mərhum sədrəzəmin bütün sərvətini müsadirə etdi. O illərdə İstanbulda İngiltərə elçisi olaraq fəaliyyət göstərən Sir Henri Lello öz xatirələrində Dərviş Paşanın xəzinənin boş olma bəhanəsiylə vəqflərin əlavə gəlirlərini mənimsədiyini və varlı yəhudi zərgərlərdən gümüş, zinət əşyaları aldığını qeyd edir.[3]

Sədrəzəm olmaq niyyətiylə Lələ Mehmed Paşanı zorla Səfəvi cəbhəsinə göndərmək istəyən Dərviş Paşa özü sədarətə gəldikdən sonra Səfəvilərlə müharibədən çəkinmiş, yerinə bostancıbaşı Fərhad ağanı paşa rütbəsiylə göndərmişdir. Ancaq Fərhad Paşa getdiyi AydınSaruhan bölgələrində yerli xalqa zülm etmiş, nəticədə yerli xalqdan bir qrup insan paytaxta gələrək şikayətlərini bildirmişdir. Dərviş Paşanın ilk siyasi səhvi sayılan bu hadisə onu I Əhmədin gözündən salmışdır.[3]

Sədarətə gələn Dərviş Paşa saray yaxınlığında özünə aid bir köşk inşa etdirmiş, köşkün inşası üçün çəkilən bütün xərcləri isə yəhudi bir tacirə ödətmişdir. Həmin yəhudi tacir isə "köşkün zirzəmisindən saraya gedən gizli yolla padşaha sui-qəsd edəcək" şayəsini bütün şəhərə yaymış, bu uydurma xəbər I Əhmədin də qulağına çatmışdır. Hələ təcrübəsiz bir gənc olan I Əhməd araşdırma aparmadan Dərviş Mehmed Paşanın edamına qərar vermiş, 9 dekabr 1606 tarixində Dərviş Mehmed Paşa saray ağaları tərəfindən qətlə yetirilmişdir.[2]

Həmçinin baxın

İstinadlar

  1. Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975-333-0383 C.1 say.291 [1]
  2. Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVIII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.362–363
  3. Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları ISBN 975-329-2999 s.205
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.