Bosniya vilayəti
Bosniya vilayəti — əsasən Bosniya və Herseqovina dövlətinin bugünkü ərazisi də daxil olmaqla Osmanlı imperiyasının birinci səviyyəli inzibati vilayətlərindən olub. Bu vilayət, cənubdan Kosovo vilayəti ilə həmsərhəd idi. 1867-ci il inzibati islahatlarından əvvəl vilayət Bosniya əyaləti adlandırılıb. 19-cu əsrin sonlarında olan məlumata görə, vilayətin 46000 km² sahəsi var idi.[1]
Bosniya vilayəti | |||
---|---|---|---|
|
|||
43°52′00″ şm. e. 18°25′00″ ş. u. |
|||
Ölkə | |||
İnzibati mərkəz | Sarayevo | ||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 1867 | ||
Ləğv edilib | 1908 | ||
Sahəsi |
|
||
Əhalisi | |||
Əhalisi |
|
||
![]() |
|||
![]() |
1878-ci ildə Avstriya-Macarıstanın Bosniya və Hersoqovinanı işğal etməsindən sonra, Osmanlı vilayəti kimi fəaliyyətini dayandırsa da, formal olaraq Avstriya-Macarıstan tərəfindən idarə olunmasına baxmayaraq, 1908-ci ilə qədər daha otuz il öz mövcudluğunu saxlayıb. 1908-ci ildə Avstriya-Macarıstan rəsmən vilayəti öz ərazisinə birləşdirdi.
İnzibati ərazi vahidləri
Vilayətin sancaqları:[2]
- Bosniya sancağı
- İzvornik sancağı
- Herseqovina sancağı
- Travnik sancağı
- Bihaç sancağı
İstinadlar
- Europe Elize Reklü , səh 152
- Bosna Vilayeti | Tarih ve Medeniyet Arxivləşdirilib 2014-09-28 at the Wayback Machine (türk.)
Xarici keçidlər
![](../I/Commons-logo.svg.png.webp)
- Palairet, Michael R.. „The Balkan Economies c.1800-1914: Evolution without Development“. (ing.)