Bosniya və Herseqovina Rəyasət Heyəti
Bosniya və Herseqovina Rəyasət Heyəti[1] (serb-xorv. Predsjedništvo Bosne i Hercegovine / Предсједништво Босне и Херцеговине) — Bosniya və Herseqovinada dövlət başçısı vəzifəsinə bənzər kollektiv ali icra hakimiyyəti orqanı.
Bosniya və Herseqovina Rəyasət Heyəti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 5 oktyabr 1996 |
Rəsmi saytı | predsjednistvobih.ba |
Tərkibi
Konstitusiyanın V maddəsinə əsasən, rəyasət heyəti eyni vaxtda dörd il müddətinə (2000-ci ilə qədər iki il müddətinə) seçilən üç üzvdən ibarətdir:
- Bosniya və Herseqovina Federasiyasından bir boşnak və bir xorvat;
- Serb Respublikasından bir serb.
Rəyasət Heyətinin sədri
Rəyasət Heyətinə seçkilərdən sonra hər 8 aydan bir növbəti rotasiya ilə ən çox səslə Rəyasət Heyətinə üzv olan Rəyasət Heyətinin sədri rəhbərlik edir. Rotasiya prinsipi 1998-ci ildə yaradılmışdır.
Qərarvermə proseduru
Rəyasət Heyətinin qərarları səs çoxluğu ilə qəbul edilir, lakin onun hər bir üzvü veto hüququna malikdir. Bunun üçün o, 3 gün müddətində mübahisəli məsələ ilə bağlı rəyini təmsil etdiyi respublikanın parlamentinə təqdim etməli və orada deputatların 2/3-nin dəstəyini almalıdır.[2]
İstinadlar
- "Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelko Komşiçdən". president.az (az.). 15 oktyabr 2013. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- Энгельгардт Г.Н. Республика Сербская в Боснии и Герцеговине. Возникновение и эволюция (1990–2006 гг.). Диссертация на соискание учёной степени кандидата исторических наук. - М., 2015. - С. 121 - 132. Режим доступа: http://www.inslav.ru/sobytiya/zashhity-dissertaczij/2216- Arxivləşdirilib 2016-04-07 at the Wayback Machine 2015-engelgardt
Xarici keçidlər
- Список руководителей Боснии и Герцеговины Arxiv surəti 8 avqust 2017 tarixindən Wayback Machine saytında (ing.)
- Сайт Президиума
- Статья V Конституции Боснии и Герцеговины