Boru kəməri nəqliyyatı

Boru kəməri nəqliyyatı — ilə məhlul və qaz kimi məhsullar nəql edilir (neft nəqli, neft məhsulu nəqli və qaz nəqli). Boru nəqlinin inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru ilə neft və neft məhsulları nəqli tanker daşımaları ilə yanaşı bu məhsulların orta və uzaq məsafələrə daşınmasında əsas vasitə hesab edilir. Qaz sənayesinin və qaz nəqlinin inkişafı da elə həmin vəzifəni yerinə yetirməklə bu məhsulların çıxarılması ilə istehlakı arasındakı ərazini (məsafəni) yaxınlaşdırmış olur.

Boru nəqliyyatının fərqliliyi

Bu nəqliyyat digər nəqliyyat növlərindən kifayət qədər fərqlənir. Belə ki, boru xətləri yerin üstü və altında salınmaqla yanaşı, suyun altında da çəkilir. Bununla yanaşı boru nəqliyyatı ən ucuz nəqliyyat növlərindən biri hesab olunur. Boru komərlərinin inşa edilməsi bir sıra təbii və iqtisadi amillərdən asılıdır. Dünyada boru kəmərlərinin coğrafıyası ilk öncə nəql olunan xammal mənbələrinin və istehlakçılarm yerbşməsi əsasında formalaşır. Məhz bu iki mərkəz arasında mövcüd olan məkanın relyefı, infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi, regionun ekoloji vəziyyəti və digər amillər inşa ediləcək boru xətlərinin istiqamətinin müəyyən edilməsində başlıca rol oynayır.

Boru nəqliyyatı vasitəsi ilə əsasən qaz və maye halmda olan məhsullar (əsasən neft, qaz, su, kimyəvi maddələr və s.) nəql edilir. Burada aparıcı yeri karbohidrogen mənşəli xammal tutur. Belə ki, boru nəqliyyatı ilə daşman xammalın 82%-i neft və qazın payına düşür. Müasir dövrdə transmagistral boru xətləri əhəmiyyətcə daha vacib hesab olunur. “Transalyaska”, “Mavi axın”, “Bakı-Tiflis-Ceyhan” və “Urenqoy-Qərbi Avropa” boru kəmərlərini belə magistral xətlərə aid etmək olar. Bu kimi boru xətlərinin uzunluğu 1-5 min km arasında dəyişir. Boru xətlərinin uzunluğuna görə dünyada aparıcı yerləri ABŞ, Rusiya, ÇinKanada tutur.

Tarixi

Boru çəkilişi nəqliyyatının tarixi neft sənayesinin tarixi kimi XIX əsrin ortalarına təsadüf edir. Belə ki, ilk neft kəməri 1865-ci ildə ABŞ-də (6 km uzunluğunda) çəkilmişdir. On ildən sonıa Pensilvaniyada 100 km uzunluğunda neft kəməri çəkilmişdir. Bu kəmər sənaye mərkəzi olan Pitsburqu neft mədənləri ilə birləşdirirdi. Azərbaycanda ilk boru kəməri 1878-ci ildə Balaxanı ilə «Qara şəhər»dəki neftayırma zavodları arasında çəkilmişdir. Latın Amerikasında (Kolumbiyada) ilk neft kəməri 1926-cı ildə, Asiyada (İranda) 1934-cü ildə, Avropada isəFransada 1948-cı ildə çəkilmişdir. Rusiya imperiyasında ilk neft məhsulları kəməri 1907-ci ildə Bakı-Batumi arasında inşa edilmişdir. Kəmərin uzunluğu 885 km-dir. Umumilikdə isə Neft kəmərlərinin çəkilişi Birinci Dünya müharibəsindən sonra, qaz kəmərlərinin çəkilişi isə ikinci dünya müharibəsindən sonra genişlənmişdir. Beləliklə XX əsrin ortalarına dünya üzrə boru kəmərlərinin çəkilişi 350 min km, 2000-ci ilə isə 1,9 mln. km təşkil etmişdir.

Azərbaycanda boru kəməri nəqliyyatının yaranması

Azərbaycanda boru kəməri nəqliyyatının yaranması neft sənayesinin inkişafı dövründə başlanmışdır. Ölkədə ilk kəmər 1878-ci il Balaxanı mədənlərindən Bakının neftayırma zavoduna çəkilib. XX əsrin əvvəlləri Bakı – Batumi neft kəməri istifadəyə verilib. Abşeronda, Xəzər dənizində respublikanın digər regionlarından neft – qaz yataqlarının istismarı yeni kəmərlərin çəkilməsinə səbəb olur. ƏlibayramlıBakı, NeftdaşlarıBakı, SiyəzənBakı ölkə daxilində olan əsas neft kəmərləridir. QaradağAğstafa, QaradağBakı, SiyəzənBakı, NeftdaşlarıBakı, Zirə - Bakı qaz kəmərləri ilə bu qaz nəql olunur.

Xarici ölkələrin neft şirkətləri ilə Xəzərin Aksektorunda çıxarılan neftin dünya bazarına göndərilməsi üçün iki neft kəməri çəkilib. I şən. Marşurutu adlanır.  BakıQrozniNovorossiysk neft kəməri 1997-ci il istifadəyə verilmişdir. II q. marşurutu adlanır. 1999-cu il istifadəyə verilmiş BakıSupsa (Gürcüstan) neft kəməri ilə məhsulun əsas hissəsi daşınır. Bu neft kəmərləri ilə QazağıstanTürkmənistanda hasil edilən neftin bir hissəsi də qərb ölkələrinə göndərilir. Nefti Türkiyənin Aralıq dənizi sahillərinə aparmaq üçün BakıCeyhan neft kəmərinin çəkilməsi nəzərdə tutulur.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Dünyanın iqtisadi və sosial coğrafiyası, dərslik, səh 595
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.