Borsunlu kurqanları
Borsunlu kurqanları — Tərtər rayonu, Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidə.
Borsunlu kurqanları | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Tərtər |
Yerləşir | Borsunlu |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Ümumi məlumat
Borsunlu nekropolundakı kurqanlarının bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. H.F.Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Alim müəyyən etmişdir ki, kurqanların altında yerləşən qəbir kameraları dördkünc formaya malik olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunub. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterikdir.[1]
Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.[2]
İstinadlar
- Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006. 83.
- Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006. 148.