Borsunlu (Tərtər)
Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir.[1]
Kənd | |
Borsunlu | |
---|---|
40°26′37″ şm. e. 46°51′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Tərtər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.500 nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 14 |
|
Mədəniyyəti
Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir.
Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər.
Coğrafiyası və iqlimi
Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir.
Əhalisi
Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.
Kənd Goranboy rayonunun Tapqaraqoyunlu, Xan qərvəndi, Tərtər rayonunun Sarov, Dəmirçilər kəndi, Ağdərə rayonunun Talış kəndi (Keçmiş Mardakert rayonu) ilə qonşuluqda yerləşir. Ona görədə Borsunlu kəndi ermənilərin yaşadığı Talış kəndi tərəfindən həmişə atəş altında saxlanılır.
Qeyd: Borsunlu kəndi çox vaxt KİV vasitələrində Goranboy rayonunun Borsunlu kəndi ilə səhv salınır. Yerli əhali bu kəndlə eyni tayfalara malikdirlər,uzun sürən qohumluqları olub,xalq arasında Tərtər rayonunu Borsunlu kəndi İnçə çayının sahilində olduğu üçün İncə Borsunlu, o birisi isə Bakı-Gəncə magistral yolunun kənarında yerləşdiyi üçün Gəncə Borsunlusu adlanır.
Borsunlu kəndində Kənd İcra nümayəndiliyi, Bələdiyyə (hal-hazırda əhali yaşamayan Qırmızı-Saqqallar-Qazaxlar kəndləridə bu qurumlara tabedir.) orta məktəb, tibb məntəqəsi, klub,kitabxana, rabitə şöbəsi fəaliyyət göstərir.
İstinadlar
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 146.