BorsodChem

BorsodChem (BorşodXem kimi tələffüz olunur), rəsmi adı Wanhua-BorsodChemKazintsbartsika şəhərində yerləşən Macarıstan kimya şirkəti.

BorsodChem
Ümumi məlumatlar
Tipi Özəl şirkət
Sənaye Kimya sənayesi
Məhsulları izotsianat, polivinil xlorid və vinil
Təsis tarixi 1949
Baş qərargahın yeri Kazintsbartsika, Macarıstan
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 1.460.000.000 [1]
Xalis mənfəəti
  • 443.900.000  (2018)[2]
Struktur
İşçi sayı
  • 3.124 nəf. (2014)
Ana şirkət Wanhua Chemical Group Co., Ltd.
borsodchem-group.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət izotsianat, polivinil xlorid və vinil istehsalında ixtisaslaşmışdır. Əsas zavod Kazintsbartsika şəhərində yerləşir, eyni zamanda Ostrava (Çexiya) və Kendzejin-Kozle (Polşa) şəhərlərində də istehsalat aparılır. Macarıstan, Belçika, Çex Respublikası, Xorvatiya, İtaliya və Polşada filialları var. 2008-ci ildə Gödöllö şəhərində yeni texniki dəstək mərkəzi açıldı.

Tarixi

BorsodChem-in ilkin tarixi 1949-cu ildə Macarıstanın şimalında yerləşən kimyəvi fabriklərini Borsodi Vegyi Kombinát müəssisəsi ilə birləşdirdikdən sonra başlayır, polivinil xlorid istehsalı isə 1963-cü ildə başlandı. 1991-ci ildə müəssisənin varisi olaraq BorsodChem şirkəti quruldu və Macarıstanda aparıcı kimyəvi şirkəti oldu.

2000-ci ildə Milford Holdings adlı İrlandiya ofşor şirkəti BorsodChem-in 24.7% payını aldı və onu Banca Commerciale Italiana-nın Macarıstan şöbəsinə satdı. Vienna Capital Partners bu sövdələşmədə iştirak etmişdir və Macarıstan Baş Naziri bu razılaşma ilə əlaqədar araşdırmanın aparılmasını tələb etmişdir.[3] Şirkət 2007-ci ildə Permira tərəfindən satın alındı[4] ​​və sonra 2011-ci ildə Wanhua Industrial Group-a satıldı[5].

İstinadlar

  1. http://ceginformacio.creditreform.hu/cr9310000063.
  2. https://www.coface.cz/content/download/186543/3096111/file/CER-CZ-CEE_Top_500_2019_booklet.zip. Compagnie Française d'Assurance pour le Commerce Extérieur, 2019.
  3. Barnett, Neil. "From Poland to Hungary, Gazprom takes stealth route to domination". London: The Independent. 8 January 2006. 2010-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-17.
  4. BorsodChem: Permira nimmt Rohstoffhersteller von der Börse Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (alm.)
  5. Wanhua acquires full control of BorsodChem Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.