Bornay məscidi
Bornay məscidi (tat.: Bornay məçete) — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən XIX əsrə aid memarlıq abidəsi.[1][2][3]
Bornay məscidi | |
---|---|
55°46′29″ şm. e. 49°07′01″ ş. u. | |
Ölkə | Tatarıstan |
Şəhər | Kazan |
Yerləşir | Axtyamov küçəsi 7 |
Tikilmə tarixi | 1872 |
Üslubu | Eklektizm |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
1799-cu ildə indiki məscidin yerində tacir Salih Mustafin taxtadan məscid tikib. Bu məscid Apanaev mədrəsəsinin şagirdləri üçün fəaliyyət göstərirdi. 1831-ci ildə tacir öldükdən sonra bu ərazi və məscid yaxınlıqda yaşayan müsəlman icmasına verilir.[1]
1872-ci ildə şəhərin müsəlman icması tərəfindən memar P.Romanovun layihəsi ilə milli romantizm istiqamətində eklektik formada tikilib. Bina tacir M.Burnayevin hesabına tikilib. Məscidin minarəsi isə F.Malinovski və L.Xroşonoviçin layihəsi ilə tikilib.[2] Bina özlüyündə bir mərtəbəli, bir zallı və tək minarəlidir. Fasadında orta əsr tatar, rus memarlığının elementlərindən istifadə olunub.
1930-1994-cü illər ərzində məscid fəaliyyət göstərməyib. Hazırda isə məscid təmir olunaraq fəaliyyətə başlayıb.[3]
Həmçinin bax
İstinadlar
- "Бурнаевская мечеть/ Bornay məscidi" (rus. ). russian-mosques.com. 2 fevral 2014. 2 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
- "Бурнаевская мечеть/ Bornay məscidi" (rus. ). photokzn.ru. 17 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
- "Бурнаевская мечеть (Третья соборная)" (rus. ). kazan-guide.ru. 24 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.