Borisyak adaları
Borisyak adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 8 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar sovet poleontoloqu və geoloqu Aliksey Borisyakın şərəfinə adlandırılmışdır[1]..
Borisyak adaları | |
---|---|
rus. Острова Борисяка | |
Ümumi məlumatlar | |
Adaların sayı | 8 |
Hündür nöqtəsi | 41 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°02′40″ şm. e. 56°39′27″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Yerləşməsi
Adalar arxipelaqın cənubunda, Mak-Klintok adasından 900 m cənubda yerləşir.
Xüsusiyyətləri
Qrupa daxil olan iki ada istisna olmaqla digərlərinin uzunluğu 100 metri keçmir. Adalar buzla örtülmürlər. Ən iri adasının şimalında hündürlüyü 41 metr olan yüksəklik vardır. Adalarda az bir sahədə daşlıq sahələr vardır.
İstinadlar
- "Имена на карте Арктики". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.