Boris bəy Sofiyev

Boris bəy Sofiyev (rus. Борис Бек-Софиев; doğum adı: Əskər Sofiyev;[1] 10 iyun 1872 – 25 aprel 1934) — Rusiya İmperator Ordusunun zabiti, Rus-yaponBirinci Dünya müharibələrinin iştirakçısı. Müqəddəs Georgi ordeni kavaleri.

Boris bəy Sofiyev
rus. Борис Бек-Софиев
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Rusiya İmperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
artilleriya
Xidmət illəri 1894—1920
Rütbəsi Polkovnik
Döyüşlər Rus-yapon müharibəsi
Birinci Dünya müharibəsi
Vətəndaş müharibəsi
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) III dərəcəli "Müqəddəs Anna" ordeni II dərəcəli Müqəddəs Anna ordeni (qılıncla birlikdə) III dərəcəli Müqəddəs Stanislav ordeni II dərəcəli Müqəddəs Stanislav ordeni
"Cəsurluğa görə" qızıl silah

Həyatı

Boris bəy Sofiyev Tiflis quberniyasından olan zadəgan ailəsində anadan olub. Atası Abbasqulu bəy Sofiyev Terek kazak qoşunlarının Volqa alayının qoşun starşinası olub.[2] Anası Mixalina Yakubovskaya litva-tatar mənşəli nəsildən idi. Boris bəy Sofiyev XIX əsrin 90-cı illərində pravoslavlığı qəbul etmiş və adını Əskərdən Borisə, ata adını isə Abbasquludan Aleksandra dəyişdirmişdir.[3]

Ümumi təhsili Pskov kadet korpusunda alıb. Xidmətə 3-cü Aleksandrovski məktəbində sıravi yunker kimi başlayıb. 1894-cü ildə təhsilini bitirdikdən sonra podporuçik kimi 110-cu Kamski piyada alayına göndərilib. Eyni ildə xidməti üzrə sınaqdan keçməsi və sonradan artilleriyaya köçürülə bilməsi üçün müvəqqəti olaraq, 6-cı artilleriya briqadasına göndərilib. 1896-cı ildə 6-cı, 1898-ci ildə isə 2-ci artilleriya briqadasına köçürülüb. 19 iyul 1898-ci ildə poruçik, 19 avqust 1901-ci ildə isə ştabs-kapitan rütbəsinə layiq görülüb.

1904–1905-ci illərdə rus-yapon müharibəsində iştirak edib.

1907-ci ildə 1-ci Şərqi-Sibir mortira artilleriya divizionuna köçürülüb və kapitan rütbəsinə təqdim edilib. 1912-ci ildə 19-cu artilleriya briqadasına köçürülmüşdür.

1913-cü ildə zabit artilleriya məktəbinə ezam edilmiş Boris bəy Sofiyev oranı uğurla bitirmişdir. 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlib və 19-cu artilleriya briqadasının batareya komandiri təyin olunub.

Birinci dünya müharibəsinin başlanması ilə 65-ci artilleriya briqadasında 5-ci batareyanın komandiri təyin edilib.

4 noyabr 1915-ci ildə polkovnik rütbəsinə yüksəlib. 30 aprel 1916-cı ildə 57-ci artilleriya briqadasının 1-ci divizionunun komandiri təyin edilib.

Vətəndaş müharibəsi zamanı ağ hərəkatın iştirakçısı olub.[4] O, Yaroslavl üsyanı və Bredov yürüşündə iştirak edib.

1920-ci ildə Yuqoslaviyaya, daha sonra isə Fransaya köçüb. 25 aprel 1934-cü ildə Parisdə vəfat edib.

Mükafatları

  • III dərəcəli Müqəddəs Stanislav ordeni (19.01.1901)
  • III dərəcəli Müqəddəs Anna ordeni (21.01.1906, 13.05.1907)
  • "Cəsurluğa görə" qızıl silah (22.11.1914, 24.02.1915)
  • IV dərəcəli Müqəddəs Georgi ordeni (26.11.1914, 13.01.1915)
  • II dərəcəli Müqəddəs Stanislav ordeni (11.02.1915)
  • II dərəcəli Müqəddəs Anna ordeni (qılıncla birlikdə) (29.03.1915, 11.01.1916)
  • IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) (22.08.1915)

Ailəsi

Qardaşı — Nuh bəy Sofiyev

Arvadı — Lidiya Nikolayevna Rodionova

Oğulları: Yuri (doğ. 20.02.1899), Lev (doğ. 11.11.1902) və Maksimilian (doğ. 17.01.1906).

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.