Boris Yotov

Boris Yotov (25 fevral 1996, Sofiya) — BolqarıstanıAzərbaycanı təmsil edən idmançı.[1]

Boris Yotov
Boris Yotov 2015-ci ildə
Boris Yotov 2015-ci ildə
Şəxsi məlumatlar
Tam adı Boris Yotov
Vətəndaşlığı Bolqarıstan Bolqarıstan
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Sofiya, Bolqarıstan
Boyu 194 sm.
İdman növü Akademik avarçəkmə

Karyerası

2014-cü ildə Azərbaycan Kanoe Federasiyası Boris Yotovu Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1] Boris Yotov Bolqarıstandan cəlb edilən digər idmançı Aleksandr Aleksandrovla duet oldu.[1] Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.

Daha sonra Boris Yotov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1][2] Fərdi turnirdə çıxış edən Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı.[3][4]

2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu.

Aleksandr Aleksandrov və Boris Yotov dueti 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Aleksandr Aleksandrov və Boris Yotov dueti avqustun 6-da mübarizə apardı.[5] Təsnifat mərhələsinin A qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti 6:40.52 dəqiqə nəticə göstərdi.[5] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti beş idmançı sırasında sadəcə Yeni Zelandiya nümayəndələrindən geri qaldı olimpiadanın yarım-final mərhələsinə adladı.[5] Bu mərhələ avqustun 8-də baş tutdu.[5] Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti uğursuz çıxış elədi və 6:36.48 dəqiqə nəticə göstərdi.[5] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti altı idmançı sırasında sonuncu — altıncı pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.[5] Avqustun 11-də baş tutan təsəlliverici B finalında isə 7:24.02 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov və Boris Yotov dueti Rio-de-Janeyro Olimpiadasını 12-ci pillədə başa vurdu.[5]

İstinadlar

  1. Olympedia.org. "Boris YOTOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Azerisport.com idman portalı. "Азербайджан назвал состав на II Юношескую Олимпиаду". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Azerisport.com idman portalı. "Борис Йотов завоевал четвертое серебро на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  4. Azerisport.com idman portalı. "Четвертое серебро сборной Азербайджана". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  5. Olympedia.org. "2016 Summer Olympics / Rowing / Double Sculls / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.