Boris Lukinski

Boris Dmitriyeviç Lukinski — teatr rejissoru və aktyoru.

BORİS LUKİNSKİ
Doğum tarixi
Fəaliyyəti teatr rejissoru

Həyatı

Boris Dmitriyeviç Lukinski 1971-ci ildə Sverdlovsk şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1972-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyib. 1998-ci ildən quruluşçu rejissor kimi fəaliyyət göstərir. B.Lukinskinin aktyorluq rollarından V.İ.Lenin (R.İbrahimbəyov "Ultimatum"), Mortimer (F.Şiller "Mariya Stüart"), Fabrisio (Qoldoni "Xozəyka qostinisı"), Alyoşa (M.Qorki "Na dne"), Aleksey (V.Rozov "Kabançik") kimi rollar qeyd etmək olar. Quruluşçu-rejissor kimi 20-dən artıq tamaşa səhnələşdirib. Onun "Xitroumnaya vlüblennaya" L.de Veqa, "Kadril" V.Qurkin, "Çinqizxanın sirri" M.Şaxanov, "Burla Xatun" N.Xəzri, "Daha bir Cekson" X.Berqer kimi tamaşaları misal gətirmək olar. Əməkdar artistdir.

Filmoqrafiya

  1. Sən həmişə mənimləsən (film, 1987)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.