Boris Kolker

Boris Qriqoryeviç Kolker (rus. Бори́с Григо́рьевич Ко́лкер; 15 iyul 1939, Tiraspol, Moldova MSSR, SSRİ) — sovet esperantoloqu, dil pedaqoqu və tərcüməçi, müxtəlif bilik səviyyələri üçün bir neçə esperanto dili dərsliyinin müəllifi.

Boris Kolker
rus. Борис Григорьевич Колкер
Doğum tarixi
Doğum yeri Tiraspol, Moldova MSSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
ABŞ ABŞ
Elm sahələri dilçilik
esperantologiya
Təhsili
  • Moldova Dövlət Universiteti[d]
Elmi rəhbəri Maqomet İzmayloviç İsayev
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Boris Kolker 15 iyul 1939-cu ildə Moldova MSSR-in Tiraspol şəhərində doğulmuşdur[1]. Anası - iqtisadçı Fanya Samoylovna Kolker Xarkov Ticarət İnstitutunun məzunudur; atası — Qriqori Davidoviç Kolker, tərtibatçı-rəssam və fotoqrafdır. 1940-cı ildə ailə Kişinyova köçmüşdür. 1944-1965-ci illərdə Moldova SSR-nin Kişinyov şəhərində, 1965-1993-cü illərdə isə Başqırdıstan MSSR-in BirskUfa şəhərlərində yaşamışdır. 1993-cü ildən ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayır.

1962-ci ildə Kişinyov Universitetini "Rus dili, ədəbiyyatı və fransız dili" ixtisası üzrə bitirib[2]. 1985-ci ildə SSRİ EA-nın Dilçilik İnstitutunda ümumi dilçilik ixtisası üzrə esperanto mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Kişinyovda Krupskaya adına Respublika Kitabxanasında biblioqraf, Birsk Pedaqoji İnstitutunun və Başqırd Pedaqoji İnstitutunun xarici dillər fakültələrində baş müəllim, Ufa Aviasiya İnstitutunda tərcüməçi, Ufa Mühərrik İstehsalı Zavodunda Reno fransız maşınqayırma şirkətinin mütəxəssislərinin tərcüməçisi, VNİİ-nin neft sənayesi geofizikasında baş elmi işçi və tərcümə bürosu müdiri işləmişdir. Klivlenddə Magic Micro Computers şirkətinin ofis-meneceri və ştatdankənar tərcüməçisi olmuşdur.

Esperanto ilə 1957-ci ildən maraqlanmağa başlamışdır. Müxtəlif bilik səviyyələri üçün üç esperanto dərsliyinin, interlinqvistikaya dair məqalələrin və rəylərin müəllifidir. Esperanto Akademiyasının üzvü, Beynəlxalq Esperanto Assosiasiyasının (Universala Esperanto Asocio, UEA) müxbir üzvü , Esperanto Ədəbiyyat Akademiyasının (eo:Akademio Literatura de Esperanto) üzvü , esperanto dilində nəşr olunan "Monato" jurnalının redaktorlarından biridir. İyirmi il ərzində Rusiyada qiyabi esperanto kurslarının aparıcısı olub və bu kursları 900-ə qədər adam bitirib. Hazırda internetdə esperantoçuların ixtisasartırma kurslarının (Internacia Perfektiga Koresponda Kurso, IPKK) aparıcısıdır.

Müxtəlif vaxtlarda Boris Kolker "Esperantoçuların Sovet Gənclər Hərəkatı"nın (Sovetia Esperantista Junulara Movado, SEJM), "Ufa Esperanto Klubu"nun, "Sovet Esperantoçuları Assosiasiyası"nın (Asocio de Sovetiaj Esperantistoj, ASE), "Sovet Respublikaları Esperantoçuları Birliyi"nin (Sovetrespublikara Esperantista Unio, SEU), "Rusiya Esperantoçuları Birliyi"nin (Rusia Esperantista Unio, REU) həmtəsisçilərindən və rəhbərlərindən biri, SSRİ-də və Rusiyada esperanto təhsili məsələləri üzrə müvəkkil, "Esperantoçuların Ümumdünya Gənclər Təşkilatı"nın (Tutmonda Esperantista Junulara Organizo komitə üzvü, "Esperantoçuların Ümumdünya Gənclər Təşkilatı|TEJO]]" üzvü (1959-cu ildən), "Ümumdünya Esperanto Assosiasiyası"nın (Universala Esperanto Asocio, UEA) komitə üzvü və SSRİ respublikalarında baş müvəkkili (ĉefdelegito), "Esperanto Beynəlxalq İmtahan Komissiyası"nın vitse-prezidenti olmuşdur. Esperantoçuların bir çox ümumdünya konqreslərində məruzə ilə çıxış etmişdir (1963-cü ildə Sofiyada təşkil olunan 48-ci konqresdən başlayaraq), 2000-ci ildə Tel-Əvivdə təşkil olunan 85-ci konqresin koordinatorlarından olmuşdur.

Əsas işləri

Namizədlik dissertasiyası

Вклад русского языка в формирование и развитие эсперанто (azərb. Esperantonun formalaşması və inkişafına rus dilinin töhfəsi). Москва: Академия Наук СССР, Институт языкознания, 1985. — 23 с. (Автореферат диссертации).

Esperanto dərslikləri

Lüğət

Məqalələr

İstinadlar

  1. "«Кишинёв порой весеннею…»  (rus.)". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
  2. "Воспоминания Бориса Колкера  (rus.)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.

Xarici keçidlər

Boris Kolker haqqında:

İntervülər:

Distant təhsildə dərslikdən istifadə:

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.