Boris Gevorkov

Gevorkov Boris Sərkisoviç (1932, Şamaxı1998, Moskva) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi (1973–1988).[1] SSRİ Ali Sovetinin Millətlər üzrə Şurasının 9–11 çağırışında Dağlıq Qarabağ Muxtar Vilayətindən millət vəkili (1974–1989).

Boris Gevorkov
erm. Բորիս Սարգսի Կևորկով
27 oktyabr 1973 24 fevral 1988
ƏvvəlkiQurgen Melkumyan
SonrakıHenrix Poqosyan
bayraq
Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi
bayraq2
1970 5 noyabr 1973
ƏvvəlkiMina Salamzadə
SonrakıQrin Stepanov
Şəxsi məlumatlar
Doğum tarixi 1932
Doğum yeri
Vəfat tarixi 1998
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Həyatı

1932-ci ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1954-cü ildən Bakı şəhəri komsomol Komitəsinin təlimatçısı, lektor qrupunun müdiri, təşviqat və təbliğat şöbəsi müdirinin müavini, əvvəlcə Dzerjinski rayonu, daha sonra Nərimanov rayonu komsomol komitəsinin sədrinin birinci müavini. 1961-ci ildən partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Azərbaycan KP MK-nın təşkilati-partiya işləri şöbəsinin inspektoru, 1970-ci ildən respublikanın Kirov raykomunun birinci katibi olmuşdur.

1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edilən Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi ilə münaqişəyə girdi. 1973-cü ildə Boris Kevorkov Qurgen Melkumyanın yerinə Sov. İKP Dağlıq Qarabağ vilayət komitəsinin birinci katibi vəzifəsinə təyin edildi.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.