Boris Baykov
Boris Pavloviç Baykov (24 iyul 1896, Kislovodsk, Terek vilayəti – 6 oktyabr 1958, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940).
Boris Baykov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kislovodsk, Terek vilayəti, Rusiya İmperiyası |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr və kino aktyoru, pedaqoq |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı (1930–1952) |
Mükafatları |
|
Həyatı
Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.[1]
Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.[2]
Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.[1]
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni — 27 aprel 1940
İfa etdiyi əsas rollar
Teatr səhnəsindəki rolları
- "Temp", Nikolay Poqodin — Laqutin
- "Dostum", Nikolay Poqodin — Koşkin
- "Müdaxilə", Lev Slavin — Bondarenko
- "Lyubov Yarovaya", Konstantin Trenyov — Koşkin
- "Platon Kreçet", Aleksandr Korneyçuk — Berest
- "Don Karlos", Fridrix Şiller — hersoq Alba
- "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Dudukin
- "Canlı meyit", Lev Tolstoy — Fyodor Protasov
- "Döyüşçülər", Boris Romaşov — Herşov
- "Müfəttiş", Nikolay Qoqol — bələdiyyə rəisi
- "Od gəlini", Cəfər Cabbarlı — Qorxmaz
- "Xoşbəxtlər", Sabit Rəhman — Bərbərzadə
- "Xanlar", Səməd Vurğun — Koba
Filmoqrafiya
- Bakılılar (film, 1938) — Zaxarıç
- Kəndlilər (film, 1939) — dəmiryolçu Petro
- Sualtı qayıq "T-9" (film, 1943) — Sergeyev
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 313. ISBN 978-9952-441-07-9.
- Azərbaycan kinosu. Ensiklopedik lüğət. 1-ci cild. Bakı: Elm və Təhsil. 2017. səh. 100. ISBN 978-9952-8176-1-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.