Boril

Çar Borilİkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu.

Boril
Борил
Borilin gerbi
Borilin gerbi
bayraq
İkinci Bolqarıstan imperiyasının IV imperatoru
bayraq2
1207 1218
ƏvvəlkiKaloyan
SonrakıII İvan Asen
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi ən tezi 1217 və ya 1218
Milliyyəti Bolqar
Fəaliyyəti monarx
Atası ?
Anası Kaloyanın bacısı
Həyat yoldaşı Kuman Anna
Ailəsi Asen sülaləsi
Dini Ortodoks
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyəti

Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali TrakiyaRodopu itirmişdi.[1] 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı.[2] 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu.[3]

1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir.

Ailəsi

Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.

İstinadlar

  1. Vásáry, István (2005). Cumans and Tatars: Oriental Military in the Pre-Ottoman Balkans, 1185-1365. Cambridge University Press. ISBN 0-521-83756-1.
  2. Van Antwerp Fine, John (1987). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman conquest. University of Michigan Press. p. 97. ISBN 0-472-08260-4.
  3. Curta, Florin (2006). Southeastern Europe in the Middle Ages, 500-1250. Cambridge University Press. p. 384. ISBN 0-521-81539-8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.