Borgeze qalereyası

Borgeze qalereyası (it. Galleria Borghese) — Romanın Borgeze villasına aid bir saray tikilisi. 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir. Qalereya ilk olaraq kardinal Sçipion Kaffarelli-Borgeze (1576–1633) tərəfindən yaradılmış, sonralar Markantino IV Borgeze (1730–1800) tərəfindən yeniləşdirilərək hazırkı müasir formasına salınmışdır. Birinci mərtəbə heykəl, ikinci mərtəbə isə şəkil qalereyası üçün nəzərdə tutulmuşdur.

Borgeze qalereyası
Galleria Borghese
41°54′51″ şm. e. 12°29′31″ ş. u.
Ölkə  İtaliya
Şəhər Roma
Yerləşir Villa Borgeze
Memar Nikola Salvi, Cüzeppe Panini
Sifarişçi Sipion Borgeze
Tikilmə tarixi 1732-1903
Üslubu barokko
Sahəsi
  • 2.000  (2015)[1]
  • 2.000  (2018)[2]
Rəsmi sayt www.galleriaborghese.beniculturali.it
Borgeze qalereyası (Roma)
Borgeze qalereyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1803-cü ildə Kamillo Filippo Lüdovik Borgeze Napoleonun bacısı Paulina Bonapartla nikaha girdikdən sonra qalereyanın bir çox əsərlərini satmağa məcbur edilmişdir ki, bunlardan bir çoxu hazırda Luvr muzeyinin inciləri sayılırlar. Beləliklə, qalereya ümumilikdə 154 heykəl, 160 büst, 170 relyef, 30 sütun və çoxlu sayda güldandan məhrum olmuş olur.

Heykəl qalereyası

Heykəltəraş Heykəl Material Ölçüsü Tarix Təsvir
Covani Lorenso BerniniEney, Anxis və АskaniyAğ mərmər220 sm1618–1619
Covani Lorenso BerniniApollonDəfnəMərmər243 sm1622–1625
Covani Lorenso BerniniPersefonanın oğurlanmasıMərmər255 sm1621 – 1622
Covani Lorenso BerniniAmalfeyMərmər43,5 sm1615
Antonio KavonaVenera obrazında Paolina Bonapartın portretiAğ mərmər160 sm1805–1808
Covani Lorenso BerniniDavidMərmər243 sm1623 – 1624

Şəkil qalereyası

Rəssam Rəsim Material və texnika Ölçüsü Tarix Təsvir
Mikelancelo Merisi de KaravacioXəstə Dionis (Bakxus)Kətan, yağlı boya57X531593–1595
Mikelancelo Merisi de KaravacioMeyvə səbəti tutmuş oğlanKətan, yağlı boya70X671593–1595
Mikelancelo Merisi de KaravacioDavid Qoliafın başı iləKətan, yağlı boya126X1001610
Mikelancelo Merisi de KaravacioMüqəddəs HieronimusKətan, yağlı boya116,5X1531605–1606
Fra BartolomeoKörpəyə sitayişLövhə, temperadiametri 891499–1500
Culio RomanoMəryəm körpə ilə və müqəddəs gənc YohanLövhə, yağlı boya126X851523
Tiçiano VeçellioYer üzündə və göylərdə məhəbbətKətan, yağlı boya118×2791515
RubensMüqəddəs SüsənKətan, yağlı boya94X661607–1608
Gerrit van HontorstKonsertKətan, yağlı boya168X2021626–1630
Korrecio Antonio AlleqriDanayaKətan, yağlı boya158X1891530

Mənbələr

  • The Galleria Borghese. The Masterpieces. — SCALA / ATS Italia Editrice, 2006. — 128 с. — ISBN 88-8117-162-7
  • Henze, Anton Kunstführer Rom. — Stuttgart: Reclam, 1994. — ISBN 3-15-010402-5
  • Falk Spirallo Reiseführer Rom, Auflage 2007
  • Rom, DuMont Reiseverlag, Auflage 2006
  1. Italian National Institute of Statistics https://www.istat.it/it/archivio/167566. 2017.
  2. Indagine sui musei e le istituzioni similari. 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.