Borciya ailəsi
Borgia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir.
Borciya ailəsi | |
---|---|
Borja | |
Ölkə | |
Banisi | Alfonso de Borgia |
Sonuncu hökmdar | Rodrigo de Borgia |
Hazırkı rəhbər | Rodrigo de Borgia Cevalles |
Əsası qoyulub | XV əsr |
Milliyyət | İspan |
Titullar | |
Papa Kardinal |
|
Vikianbarda əlaqəli mediafayllar |
Borgia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borgia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borgia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və ensest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Medici, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu.[1]
Ailə üzvləri
Alfonso de Borgia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458)
Borgia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borgia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür. Lleida Universitetində hüquq ixtisası üzrə dərs deyən Alfonso de Borgia bir müddət Araqon Krallığı üçün çalışsa da, daha sonra kardinal seçildi. 1455-ci ildə 77 yaşında Papa seçildi və bu vəzifədə yalnız 3 il qala bildi. 1458-ci ildə vəfat etdi.[2]
Rodrigo de Borgia (d. 1 yanvar 1431 – ö. 18 avqust 1503)
Alfonsonun bacısı oğlu olan Rodrigo de Borgia Valensiyada dünyaya gəlmişdir. Atası Jofré Llançol i Escrivà, anası isə İzabella de Borgia idi. Gənc yaşlarında kardinal seçilmiş, bu illərdə Vanozza dei Cattanei`dən 4 övladı olmuşdur: Giovanni, Cesare, Lucrezia və Gioffre. 1492-ci ildə VI Aleksandr adıyla Papa seçilmişdir. Papa seçildikdən sonra Giulia Farnese adlı qadından bir qızı da dünyaya gəlmişdir. Papalıq dönəmində önəmli islahatlar apardı. Haqqında müsbət fikir yaratsa da, bu çox çəkmədi. Həddindən çox saray xərcləri, dini vəzifələrin satılması və korrupsiyanın güclənməsi əhali arasında narazılığın artmasına səbəb oldu. Bundan başqa ailə üzvlərinin güclənməsinə də şərait yaratmışdır. Belə ki, böyük oğlu Giovanni de Borgia Papa ordusunun baş komandiri kimi, digər oğlu Cesare isə 18 yaşında kardinal seçilən ilk şəxs olaraq tanınır. Bütün bunlara baxmayaraq ailəsi tərəfindən çox da sevilməyib. Belə ki, övladlarından Lucrezia və Cesare de Borgia birləşərək atalarını zəhərləməyə çalışmış, ancaq işin üstü açılmışdır.
İtaliya və İspaniyadakı nüfuzlu ailələrin dəstəyini almaq məqsədilə övladlarından istifadə etmişdir. Milan bölgəsindəki güclü Sforza ailəsi ilə yaxınlıq qurmaq üçün qızı Lucrezia`nı Giovanni Sforza ilə evləndirmişdir. Ən kiçik oğlu Gioffre de Borgia isə Araqon Krallığından Sancha ilə evlənmişdir.[3][4] Papa VI Aleksandr 1503-cü ildə Romada vəfat etmişdir.
Cesare de Borgia
Cesare`nin təhsil həyatı sırf atası tərəfindən planlanmışdır. Belə ki, gələcəkdə Papa seçilməsi güman edilirdi. 12 yaşına qədər Romada xüsusi təhsil almışdır. Perugia Universitetində hüquq təhsili aldıqdan sonra Piza Universitetində din təhsili aldı. 18 yaşında universiteti bitirdikdən sonra atası tərəfindən kardinal seçildi. Böyük qardaşı Giovanni de Borgianın əsrarəngiz şəkildə ölməsinin ardından ön plana çıxdı. Bu səbəbdən qardaşını öldürdüyü güman edildi ancaq bu haqda heç bir sübut tapılmadı. Qardaşının vəfatından sonra dini vəzifələrindən azad edildi və Fransız şahzadəsi Charlotte d`Albert ilə evlənmişdir. Atasının ölümündən sonra Papa III Piy`i dəstəklədi ancaq 2 ay sonra bu ittifaq bitdi. Çünki III Piy vəfat etmişdi və yeni Papa seçimləri başlamışdı. Bu dəfə də Papa II Yuli ilə ittifaq qurdu. Papa seçimləri bitdikdən sonra isə bu ittifaq bitmiş, hətta Papa II Yuli onun ən böyük düşməninə çevrilmişdir. Yeni Papa tərəfindən 1506-cı ildə həbs edildi ancaq bir müddət sonra həbsdən qaçdı. 1507-ci ildə Navarra bölgəsindəki Vyana qalasını mühasirəyə aldı. Kral III Yuan`a sığınan Cesare de Borgia burada üsyan qaldıran Louis de Beaumont tərəfindən öldürüldü.
Lucrezia de Borgia (d. 18 aprel 1480 – ö. 24 iyun 1519)
Lucrezia atası tərəfindən Giovanni Sforza ilə evləndiriləndə hələ 13 yaşı var idi. Tamamilə siyasi bir nikah olan bu evlilik 4 il davam etdi. Artıq əvvəlki kimi Sforza ailəsinə ehtiyacı qalmayan VI Aleksandr qızının nikahını rəsmi olaraq ləğv etdi. Hamilə olmasına baxmayaraq nikahı pozulan Lucrezia bir müddət sonra övladını gizlicə dünyaya gətirdi və uşağı öz ögey qardaşı kimi tanıtdı.
İkinci evliliyi nüfuzlu Araqon ailəsinə mənsub olan Alfonso ilə baş tutdu. Ancaq bu evlilik də qısa oldu. Səbəb isə qardaşı Cesare`nin tərtibi ilə Alfonsonun öldürülməsi oldu.
Üçüncü və son evliliyi isə Alfonso d`Este ilə baş tutdu. İlk dəfə sevərək evlənən Lucrezia bəzi illeqal münasibətlərinə baxmayaraq evliliyini davam etdirdi. Çox sayda övladı olsa da, çoxu da uşaq yaşlarında vəfat etmişdir. 1519-cu ildə doğum əsnasında vəfat etmişdir.[5]
Qalereya
- Alfonso de Borgia
- Rodrigo de Borgia
- Giovanni de Borgia
- Cesare de Borgia
- Lucrezia de Borgia
- Gioffre de Borgia
- Papa VI Aleksandrın illeqal münasibət yaşadığı Giulia Farnese
Mənbə
- İtalyanca Gonfaloniere della Chiesa
- The Borgias: or, At the feet of Venus, Vicente Blasco Ibáñez, P. Dutton & Co. Inc., 1930, pages 242, 313
- Napoli kralı II. Alfonso'nun evlilik dışı kızıdır
- Bu dönemde Napoli Krallığı üzerinde Fransa ve İspanya hak iddia etmektedir
- Bradford, Sarah (2005). Lucrezia Borgia: Life, Love and Death in Renaissance Italy (Reprint ed.). Penguin. pp. 67–68. ISBN 978-0143035954