Borçalı kəndləri
Statistik məlumatlar
Son əhali siyahıyaalmasının nəticələrinə əsasən Borçalı bölgəsində 104 kənd bələdiyyəsində birləşdirilmiş 348 kənd mövcuddur. Kəndlərin 147-də etnik azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-də berzenlər, 2-də osetinlər üstünlük təşkil edir, 15 kənddə isə yaşayış mövcud deyildir. Kəndlərdən 11-də əhalinin sayı 5000 nəfərdən artıqdır. 3 kənddə isə 10 nəfərdən də az sakin yaşayır. Bütövlükdə Gürcüstan üzrə əhalisinin sayı beş mindən çox olan 28 kənd yaşayış məntəqəsi mövcuddur.
Əhalisi 5000 nəfərdən çox olan kəndlər
kəndlərin adları | aid olduğu rayon | əhalisinin sayı | milli çoxluq |
---|---|---|---|
1. Sadaxlı | Marneuli | 9486 | azərbaycanlılar |
2. Qızılhacılı | Marneuli | 9398 | Azərbaycanlılar |
3. Martkofi | Qardabani | 7666 | Gürcülər |
4. Sərtiçala | Qardabani | 7041 | gürcülər |
5. Faxralı | Bolnisi | 6891 | azərbaycanlılar |
6. Bolus Kəpənəkçisi | Bolnisi | 6766 | azərbaycanlılar |
7. Nəzərli | Qardabani | 5808 | azərbaycanlılar |
8. Soğanlıq | Qardabani | 5698 | azərbaycanlılar |
9. Kosalı | Qardabani | 5612 | azərbaycanlılar |
10. Qamartcveba | Qardabani | 5282 | gürcülər |
11. Alget | Marneuli | 5017 | azərbaycanlılar |
Demoqrafik struktur
2002-ci il siyahıyaalmasına əsasən bütövlükdə bu kəndlərdə 311025 nəfər əhali yaşayır ki, onların da 152456-sı kişilər (49%), 158569-u (51%) isə qadınlardır. Əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük təşkil edir (62,5%). Gürcülər 28,4%-lə 2-ci, ermənilər 6,7%-lə 3-cü, berzenlər 1,5%-lə 4-cü yeri tuturlar.