Boqoslov adası (ABŞ)
Boqoslov adası və ya Aqasaquk (aleut. Aĝasaaĝux̂, ing. Bogoslof Island[1]) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur.
Boqoslov adası | |
---|---|
ing. Bogoslof Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,7 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 150 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
53°56′09″ şm. e. 168°02′20″ q. u. | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılır. Rəsmi olaraq, hazırkı ad 1881-ci ildə yerli əhalinin adaya "Sözlərin tanrısı" və ya "Tanrının sözü" dediyini öyrənərək amerikalılar tərəfindən adaya verilmişdir. Yerli əhalinin xatirələrinə görə, 1787-ci ildə rus dənizçilərinin bu adaya enərək oraya pravoslav xaçı qaldırdıqları və buna görə də ona "İlahi" adını verdikləri göstərilir.
Coğrafiya
Sahəsi ≈0,7 km² (173 akr). Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 150 m yüksəklikdədir. Ada aktiv stratovulkanın yuxarı hissəsidir, püskürmələr zamanı adanın ölçüsündə və relyefində əhəmiyyətli dəyişikliklər baş verir. 1796-cı ildən bəri 10-dan çox püskürmə qeydə alınmışdır, vulkanın hazırkı fəaliyyəti əsas adanın bilavasitə yaxınlığında yerüstü kaldera və kiçik adalar əmələ gətirir. Adanın formasına vulkanın daxili fəaliyyəti ilə əlaqədar su eroziyası və şaquli yer hərəkətləri də təsir edir.
Ada dağlıqdır, tundra bitkiləri, mamırlar və qıjılarla örtülüdür. Sahil zonasında dəniz şirlərinin yataqlarını müşahidə edə bilərsiniz.
Adada soyuq dəniz iqlimi hamikdir, tez-tez duman və yağıntılar müşahidə olunur.
İstinadlar
- Bergsland, K. Aleut Dictionary. — Fairbanks: Alaska Native Language Center, 1994.