Boqomilçilik

BoqomilçilikBalkan ölkələrində bidət hərəkatı.

X əsrdə ehtimal ki, Makedoniyada yaranmışdır. Adı, hərəkatın ehtimal olunanan rəhbəri keşiş Boqomilin adından götürülmüşdür. Boqomilçilər dövlət hakimiyyətini, feodal istismarını pisləyir, xristian kilsəsini, onun dini ayinlərini rədd edirdi. Boqomilçiliyin dini –fəlsəfi təliminin əsası dünyanın ikiliyi və xeyrin şərlə daimi mübarizəsi haqqındakı təsəvvür idi. Bolqarıstan Bizansa tabe olan dövrdə (XI–XII əsrlər) boqomilçilər bolqar xalqının Bizans zülmünə qarşı qaldırdığı üsyanlarda (1040, 1072) iştirak etmişdilər. Boqomilçilik XI–XII əsrlərdə Bizansda, XII–XIII əsrlərdə Serbiya və Bosniyada yayılmışdır. Boqomilçilik XIV əsrdə təriqətə çevrilmiş və bu şəkildə XVII əsrədək mövcud olmuşdur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.