Bolqarıstanda nəqliyyat

Bolqarıstanda nəqliyyat - Bolqarıstan iqtisadiyyatının əsas aparıcı sahəsi. Bolqarıstanda bütün nəqliyyat sahələri yaxşı inkişaf etmişdir — quru, hava, boru, dəmir yol, su və s. Onların hər biri xüsusi infrastruktura sahibdir.

Coğrafi baxımdan ölkə Avropaya gedən yolların üzərində yerləşir. Şimali Afrika, Yaxın şərq, Kiçik Asiyadan gələn quru yolları onun ərazisindən keçməklə Avropaya uzanır. Ölkə 110 550 km² sahəyə malikdir. Ölkə şərqdən qərbə 520 km, şimaldan cənuba isə 330 km məsafədə yerləşir.

Quru nəqliyyatı

Avtomobil nəqliyyatı

11 oktyabr 1909-cu ildə Bolqarıstan Beynəlxalq avtomobil hərəkatı konvensiyasına qoşulmuşdur[1].

1965 - 1975-ci illərdə ölkə avtoparkı 10 dəfə artmışdır. 1975-ci ildə avtomobillərin ümumi sayı 340 min. maşın vardı[2].

1975-ci ilin əvvələrində Sofiya - Varna avtomagistralı inşa edilmişdir. Avtomagistral 500 km uzunluğa malik idi[3]. 1977-ci ildə ölkədə üç avtomagistralın inşasına başlanılmışdır: "Trakiya", "Xemus" və "Qara dəniz"[4].

Avtomobil nəqliyyatı ölkədə ən sürətli və geniş yayılmış nəqliyyat növüdür. Ölkədə 19 611 km yol xətti vardır ki, bununda 667 km avtomagistrallar, 3015 km I sinif yollar, 41 958 km II sinif yollar, 11 689 km III sinif yollar və 294 km torpaq yollardır

Bolqarıstanda 7 563 710 əhali yaşayır. Bununda 4 224 538 nəfəri sürücülük vəsiqəsinə sahibdir. Ölkədə 3 136 857 nəqliyyat vastəsi qeydə alınmışdır.

«Xemus» avtomagistralı
Avtomagistralın yaşı
yaşavtomobillər, %
0 — 59,08
6 — 109,07
11 — 1524,41
16 — 2030,96
yuxarı 2026,48
Yüngül avtomobillərin satışı üzrə artım[5]
ilsay
200534 940
200645 300
200755 336
200857 927
200926 813
2009-cu il məlumatına görə[5]
modelavtomobil, %
Toyota11,06
Ford9,78
Volkswagen8,79
Peugeot8,12
Dacia7,08
Citroen6,39
Skoda6,23
Chevrolet5,96
Opel5,83
Renault5,7

2009-ci ildə ölkədə 8045 yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə 1061 həyatını itirmiş və 9952 nəfər isə yaralamışdır. Qəsaların səbəbləri

  1. sürətin aşılması;
  2. düzgün olmayan ötmə;
  3. sürücülük hüquqlarının olmaması;
  4. alkoqollu vəziyyətdə maşın sürmək.

Hava nəqliyyatı

Hava nəqliyyatı əsasən sərnişin daşımada böyük rol oynayır. Yük daşımada payı olduqca azdır. Bolqsrıstanda Sofiya, Varna, Burqas kimi şəhərlərində beynəlxalq hava limaları vardır.

Ölkədə 8 əsas hava limanı vardır: Sofiya, Plovdiv, Stara-Zaqora, Varna, Plovdiv, Qorno-Oryaxivis, Tırqovişte və Ruse[6]

Su nəqliyyatı

Çay nəqliyyatı

Ölkədə naviqasiyaya yararlı yeganə çay Dunaydır. Çayın 470 km Bolqarıstan və Rumıniya arasında sərhəddən keçir. Bu səbəbdən burada bərə nəqliyyatı yaxşı inkişaf etmişdir. Çay nəqliyyatı sahəsində ən qədim şirkət «Bolqar Çay Nəqliyyatı» («Българско речно плаване») şirkətinin qərərgahı Rusedə yerləşir.

Dəniz nəqliyyatı

Bolqarıstan Qara dənizlə 378 km sahilə malikdir. Dənizlə mallar Bosfor və Dardanellə dünya okeanına çıxarılır. Ən iri dəniz limanları: VarnaBurqas.

Ən iri dəniz nəqliyyat şirkəti — «Bolqarıstan Dəniz Donanması» (Varna).

Yay ayları Qara dəniz sahillərində yaxta gəniztiləri turistlər arasında məşhurdur.

Boru nəqliyyatı

Boru nəqliyyatı ölkənin hazırda əsas nəqliyyat vastələrindən biridir. Balkan yarımadasının məkəzində yerləşməsi onun əhəmiyyətini artırır. Ancaq siyası maraqların toqquşma meydanına çevrilməsi səbəbindən bir çox layihələrin gerçəkləşməsini geçikdirir. Burada əsasən ABŞ, Aropa İttifaqı və Rusiyanın maraqları toqquşur. Hazırda isə Rusiyanın UkraynaRumıniyadan keçməklə ərazisinə keçən boru kəməri əsasdır.

Ölkədə 3 boru nəqliyyatı layihəsi vardır:

İstinadlar

  1. Международная конвенция авто-передвижения // "За рулём", № 6, 1929. стр.8-9
  2. Болгария // "За рулём", № 11, 1975. стр.26
  3. Болгария // "За рулём", № 2, 1975. стр.24
  4. Болгария // "За рулём", № 7, 1977. стр.28
  5. "Ассоциация автомобильных производителей и их официальных представителей в Болгарии". 2015-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
  6. "Държавно предприятие «Ръководство на въздушното движение»". 2010-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.