Bolqarıstan–Türkiyə münasibətləri

Türkiyə–Bolqarıstan münasibətləriBolqarıstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr NATO-nun üzvüdür. Bolqarıstan Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu beynəlxalq quruma üzv olmaq üçün rəsmi namizəddir. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 223 km-dir[1].

Türkiyə–Bolqarıstan münasibətləri
Türkiyə və Bolqarıstan
 Türkiyə  Bolqarıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

1984-1989-cu illərdə Bolqarıstan hökuməti tərəfindən həyata keçirilmiş Bolqarlaşdırma kampaniyası nəticəsində bütün türklərpomaklar adlarını qeyri-müsəlman adlarına dəyişdirmək məcburiyyətində qaldılar. Bolqarıstanın etnik türkləri türk və müsəlman adlarını bolqar və ya xristian adları ilə dəyişdirmələrini, islam düşüncəsinin dayandırılmasını və ictimaiyyət qarşısında türkcə ünsiyyət qurmamalarını tələb edən yeni dövlət siyasətinə etiraz etməyə başladılar. Bu da dövlət tərəfindən daha da amansız repressiyalara səbəb olur. 1989-cu ilin yayında təqribən 320.000 türk repressiyadan xilas olmaq üçün Bolqarıstandan Türkiyəyə qaçır. Bu hadisələr beynəlxalq bir böhrana səbəb olur və eyni zamanda Bolqarıstanda kommunist hökumətin süqutuna səbəb olan daxili narahatlıqlara gətirib çıxarır. Bundan sonra, Bolqarıstanın yeni demokratik hökuməti, türklərin assimilyasiyasına dair mübahisəli bir fərmanı ləğv edir və qaçqınları evlərinə dönməyə çağırır. Bundan sonra Türkiyə ilə Bolqarıstan arasındakı əlaqələr davamlı olaraq yaxşılaşmağa başlayır. İki ölkə ticarət və texniki yardım mövzusunda bir neçə ikitərəfli müqavilə bağlayır[2].

Erişməyə baxmayaraq, Bolqarıstan–Türkiyə münasibətlərində gərginlik ocaqları hələdə qalır. 1990-cı illərin əvvəllərində Bolqarıstan Prezidenti Todor Jivkovun rəhbərlik etdiyi anti-türk təbliğatının səbəb olduğu Bolqar cəmiyyətində Türkiyəyə qarşı düşmənçilik davam edir. Bolqarıstan mediasında Bolqarıstan millətçi qruplarının müsəlmanlara və türklərə qarşı bəyanatları eşidilir. Bu da cəmiyyətdə gərginliyə səbəb olur. 1991-ci ildə də Türkiyə ilə kiçik sərhəd hadisələri yaşanır. Bundan əlavə Bolqarıstan və Yunanıstan arasındakı yaxın münasibətlər Türkiyə səlahiyyətliləri tərəfindən mənfi qəbul edilir[3].

Türk diasporası

Bolqarıstan türkləri, müasir Bolqarıstan Respublikasının ərazisində bolqarlardan sonra ikinci böyük etnik, dil və dini qrupdur. 2001-ci il əhalinin siyahıya alınmasına görə türklərin sayı 746,664 nəfər olaraq qeydəı alınmışdır[4][5].

Ticarət və iqtisadi əməkdaşlıq

2000-ci illərdə Bolqarıstan Türk malları üçün əhəmiyyətli bir bazar olur. Türklərin Bolqarıstana 2001-2011 illərdə ixracatı 299 milyon dollardan 1623 milyon dollara yüksəlir. Bu müddət ərzində Bolqarıstanın Türkiyəyə ixracatının illik dəyəri 394 milyon dollardan 2475 milyon dollara yüksəlmişdir[6]..

İstinadlar

  1. "The World Factbook". 2016-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  2. "Arxivlənmiş surət". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  3. "Arxivlənmiş surət". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  4. Национален статистически институт, Преброяване 2001 Arxivləşdirilib 2010-09-07 at the Wayback Machine, Население към 1. 3. 2001 г. по области и вероизповедание
  5. "Arxivlənmiş surət". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  6. Калугин П. Е. Современное стратегическое сотрудничество Российской Федерации с Турцией в сфере энергетики. Диссертация на соискание ученой степени кандидата исторических наук. Иркутск, 2014. — С. 168. Режим доступа: http://isu.ru/ru/science/boards/dissert/dissert.html?id=5 Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.