Bolonya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir.
Tarixi
"Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb. Bəyannamədə 2010-cu ilədək müştərək Avropa Ali Təhsil Zonasının (EHEA) formalaşdırılmasının prinsipləri müəyyənləşdirilib. 25 mart 2001-ci ildə "Göteborq Tələbə Bəyannaməsi" imzalanır və bu məsələ üzrə sonuncu iclas 2001-ci ilin mayında Praqada keçirilir.
2005-ci ildən bəri 45 ölkə prosesə qoşulmaqla, Bolonya təhsil hədəfinə tərəfdar çıxıblar. Bolonya Monitorinq Qrupunun üzvləri olan 45 ölkədən başqa bəzi beynəlxalq təşkilatlar (Avropa Komissiyası, Avropa Şurası, Avropa Universitetlər Birliyi, Avropa Tələbələri Milli Birlikləri, UNESCO-CEPES və başqaları) da prosesə qoşulub.[1]
Məqsədləri
Bolonya prosesi üç əsas məqsəd daşıyır: Çevikliyi, beynəlxalq rəqabətə davamlığı və məşğulçuluq imkanını artırmaq. Alt məqsədlərə aiddirlər:
- Sadə və müqayisə olunabiləcək diplomların, həmçinin əlavə sertifikatların yaradılması,
- İkipilləli təhsil sisteminin yaradılması,
- Qabiliyyət qiymətləndirmə sisteminin daxil edilməsi, European Credit Transfer System (ECTS),
- Çevikliyi manelərin aradan qaldırlması sayəsində artırmaq,
- Avropada birgə çalışmağın keyfiyyətinin artırılması,
- Ali təhsil sisteminin Avropada yayılmasının genişləndirilmsi,
- Ömür boyu təhsil,
- Tələbələrin təhsildə qərarların qəbul edilməsində yaxından iştirakı,
Avropada ali təhsildə çərçivə şərtlərinin atraktivliyinin artırılması,
- Avropada təhsil ilə elmi tədqiqat şərtlərinin birləşdirilməsi, əsasən doktorantura təhsilinin Bolonya prosesinə daxil edilməsi.
Xarici keçidlər
- Azərbaycanda təhsil sistemi haqqında ümumi məlumat Arxivləşdirilib 2010-09-21 at the Wayback Machine
Ədəbiyyat
- Müdafiə Mahmudov. Bolonya prosesi: problemlər, perspektivlər və reallıqlar. "Elm və təhsil" nəşriyyatı, Bakı, 504 səh., 2010.