Bolon gölü
Bolon[1] (Bolen, Nuri-Ocal və ya Boulen-Ocal) — Rusiyanın Xabarovsk diyarının Amur vilayəti ərazisində yerləşir. Göl Orta Amur düzənliyində qərar tutur.
Bolon gölü | |
---|---|
rus. Болонь | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 45 m |
Eni | 23 km |
Uzunluğu | 58 km |
Sahil uzunluğu | 200 km |
Sahəsi | 338 km² |
Dərin yeri | 300-600 m |
Yerləşməsi | |
49°41′21″ şm. e. 136°27′09″ ş. u. | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Sahəsi 338 km², dərinliyi 4 metr təşkil edir. Amur çayının sağ sahilindən 10 km aralıda yerləşir. Göl Amursk şəhərindən 40 km cənub-qərbdə yerləşir. Göl əsasən qar və su suları ilə qidalanır. Gölə Simmi, Xarpi və Syomnyor çayları tökülür. Göldən isə Siy çayı başlayır[2]. Axar sonuncda Amura tökülür. Bu axarın sularında gümüş aşkarlamaq olur.
Ada daxilində bir necə adalar vardır. Onlar arasında Yadasen və Qiudelqen adaları nisbətən iridir:
- Yadasen adası ( Yaqdasen və ya Tuf), ada gölün ortasında əmələ gəlmişdir. Ada vulkan məşəlli dir. Sönmüş vulkandır.
- Qiudelqen adası(və ya Sobol). Vulkan məşəllidir. Bütünlüklə meşə ilə örtülüdür. Gölün şimal-şərq sahilinə yaxın ərazidə terləşir.
Bu adalar haqqında çoxlu sayda Nanay xalq nağılı və əfsanələri vardır.
- Yadasen və Qiudelqen oğlan və qız olmuşlar qara qüvvələr onları daşa döndərmiş və ada olmuşlar…
Daşqınlar zamanı adalar suyun altında qalır və sualrı dayazlığa çevrilir.
Gölün cənub hissəsində Bolonski Dövlət təbiət qoruğu yerləşir. Qoruq 1998-ci ildə yaradılmışdır.
İsti yay günlərində suyun temperaturu +30° qədər qalxa bilir.
Yaşayış mənqələri
Siy axarının sağ sahilidə göldən 3 km aralıda Nanayların Açan kəndi yerləşir. Kənd inzibati cəhətfən Xabarovsk diyarı Amur vilayəti ərazisinə daxildir.
Şimal sahili olan Olqota buxtasında isə Taysin qəsənəsi yerləşir. Qəsəbədən Teydin stansiysına avtomobil yolu gedir.
Şimal-qərb sahillərində Syomnyor körfəzi yaxınlığında isə Cuen kəndi yerləşir. Kənddən Bohol kəndinə yol gedir. Bohol kəndindən isə Komsomolsk-na-Amure dəmir yolu istiqamətinə xətt gedir və eyni adlı stansiya yerləşir.
Gölün yaxınlığında Serebyanuy axarının başlanğıcında Malıy və Verxnıy Nerqen kəndləri yerləşir. Kəndlər Nanay rayonuna daxildirlər.
Naviqasiya
Göl dayazdır, bu səbəbdən qayıqlar və kiçik gəmiləri üzməsinə imkan verir.
1990-cı illərin ortalarına qədər Zarya sərnişin teploxodu vastəsi ilə Amurskdan Açan kəndinə turlar təşkil edilirdi.
Flora və Fauna
Gölün ətrasında 11 növ suda-quruda yaşayan və sürünən, 179 növ quş, 4 növ məməli yaşayır. Göl balıqlarla zəngindir və sularında 52 növ balıq yaşayır.
Dayazlığı sayəsində yayda tez qızır və buda öz növbəsində yosunların inkişafına səbəb olur.
İstinadlar
- "Wetlands International. Retrieved 25 January 2010" (PDF). 22 June 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 November 2015.
- Bəzən çayın adı Bolon axarı olaraq adlandırılır.
Mənbə
- Bolon vvulkanı Arxivləşdirilib 2008-02-02 at the Wayback Machine
- Ачанский острог Ерофея Хабарова. Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine