Bolnisi bələdiyyəsi

Bolnisi bələdiyyəsi[mənbə göstərin] , Bolus bələdiyyəsi[6][7]Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir.

Bolnisi bələdiyyəsi
gürc. ბოლნისის მუნიციპალიტეტი
Bayraq Gerb
Bayraq Gerb

41°27′00″ şm. e. 44°31′59″ ş. u.


Ölkə Gürcüstan
Daxildir Aşağı Kartli diyarı
İnzibati mərkəz
Tarixi və coğrafiyası
Yaradılıb 1930[1]
Sahəsi 804[2] km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 54 590[3][4] nəfər (2015)
Etnik tərkib Azərbaycanlılar, Gürcülər və s.
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 51
Poçt indeksi 1100[5]
İnternet domeni .ge
Rəsmi sayt
Bolnisi bələdiyyəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır.[1] 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən DmanisiMarneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı.[1]

Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi. Bolnisi şəhərinin 90% əhalisinin təşkil edən azərbaycanlılar zorla doğma yurdlarından çıxarıldı.[8]

Coğrafiya

Rayon Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, SağsağanlıçayDələver çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır. Rayonda havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0.0-0.3 °C, iyulda 23.6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir.[9] Rayonun ümumi sahəsi təşkil edildiyi tarixdən günümüzdək cüzi dəyişikliyə məruz qalmışdır. Beləki 1 may 1960-cı ilə olan məlumata əsasən rayon 804.7[10] km² sahəyə sahib olmuşdur. Hazırda isə rayonun ümumi ərazisi 804 km²-dir.[2][11]

İqtisadiyyat

Bolnisi Gürcüstanın aqrar rayonu hesab edilir. Rayonun iqtisadiyyatı əsasən Kazreti qəsəbəsi yaxınlığında yerləşən Madneuli filiz və qızıl yatağına əsaslanır. Gürcüstan Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ildə ölkədə yığılmış yaşıl noxudun 48%-i, yerkökünün 15.8%-i, lobya və kartofun 7.9%-i, tərəvəzin 3%-i, oduncaq tədarükünün 2.6%-i, yumurta və yun istehsalının müvafiq olaraq 6.2%-i və 2.9%-i, diri mal-qaranın isə 1.3%-i Bolnisi rayonunu payına düşmüşdür.

Yerli özünüidarə

İnzibati-ərazi bölgüsü

Hal-hazırda bələdiyyədə (2006-cı ilədək "rayon") 1 şəhər, 2 qəsəbə və 45 kənd vardır. Bütün kəndlər toplam 11 icma sakrebulosuna daxildir. Kəndlərin 37-sində etnik azərbaycanlılar, 6-sında gürcülər, 2-sində isə ermənilər üstünlük təşkil edir. Rayonun inzibati ərazisinə daxil olan kəndlərdən 2-si (FaxralıBolus Kəpənəkçisi) əhalisinin sayına görə respublikanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.

Əhali

1 yanvar 2014-cü il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.9 min nəfərdir.[12] Əhalinin sıxlığı 1 km²-ə üçün 98.1 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2014-cü ilə ötən 25 il ərzində 2.6 min nəfər (3.19 %) azalmışdır.

Bolnisi bələdiyyəsinin (2006-cı ilədək "rayon"unun) əhalisi[12]
1.1.2003 r.t. 1.1.2004 r.t. 1.1.2005 r.t. 1.1.2006 r.t. 1.1.2007 r.t. 1.1.2008 r.t. 1.1.2009 r.t. 1.1.2010 r.t. 1.1.2011 r.t. 1.1.2012 r.t. 1.1.2013 r.t. 1.1.2014 r.t.
73 70073 30074 00075 10075 60076 977[13]76 70077 80078 30078 70078 60078 900

Etnik tərkib

15-30 oktyabr 1941-ci ildə almanların Qazaxıstana sürgün edilməsi və onların yerinə etnik gürcülərin yerləşdirilməsi, eləcə də əhalisinin sıxlığının orta Gürcüstan səviyyəsindən (1 km²-də 63 nəfər) 1.5 dəfə çox olmasına baxmayaraq 1990-cı illərdə Gürcüstanın Svanetiya, İmeretiyaAcarıstan kimi bölgələrindən milliyətcə svanlar, gürcülər (kartvellər)acarların buraya köçürülməsi prosesinin davam etdirilməsi bələdiyyənin etnik mənzərəsini xeyli dəyişmişdir. 17-24 yanvar 2002-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən bələdiyyə (2006-cı ilədək "rayon") əhalisinin 65.98%-ini azərbaycanlılar, qalan 26.82%-ini gürcülər, 5.81%-ini ermənilər, 0.59%-ini urumlar, 0.56%-ini ruslar, 0.24%-ini isə digər xaqların nümayəndələri təşkil edir.[14]

Bolnisi bələdiyyəsi (rayonu) əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa.[15]  % 1959 sa.[16]  % 1979 sa.[17]  %[17] 1989 sa.[18]  %[18] 2002 sa.[14][19]  %[14]
Cəmi34 181100.0045 019100.0068 694100.0081 547100.0074 301100.00
azərbaycanlı20 70360.5728 54563.4145 91466.8453 80865.9849 02665.98
gürcü2 5747.537 80317.3312 03217.5217 68821.6919 92626.82
erməni4 74013.876 30214.006 3969.315 5456.804 3165.81
urum1300.389572.132 0312.962 3452.884380.59
rus832[20]2.438371.861 3772.001 2101.484140.56
osetin190.061470.334990.735160.63800.11
abxaz............40.01......350.05
ukraynalı129[20]0.381430.321420.211600.2140.02
alman4 87414.26........................
kürdyezidi40.0180.02......30.00......
yəhudi170.0570.02240.03............
digər1590.462700.582750.42720.33520.06

2002-ci il siyahıyaalınmasına əsasən 45 kənddə məskun əhalinin 85.00%-ini azərbaycanlılar, 9.60%-ini gürcülər, 5.00%-ini ermənilər, 0.20%-ini ruslar, 0.10%-ini urumlar, 0.10%-ini isə digərləri təşkil edirdi.[21] 90-cı illərin əvvəllərində BolnisiKazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq 2002-ci ildə rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.20%-ə düşmüşdür.

17-24 yanvar 2002-ci il siyahıyaalınmasına əsasən Bolnisi rayonu (bələdiyyəsi) kəndlərinin əhalisi və etnik tərkibi[22]
Gürcücə rəsmi adı Azərbaycanca əsil adı Toplam əhali:
hər iki cins
Toplam əhali:
kişilər
Toplam əhali:
qadınlar
Azərbaycanlılar Gürcülər Ermənilər
cəmicəmi56 65128 06528 58685.00%9.60%5.00%
ტალავერი (talaveri)Faxralı6 8913 2553 63699%
ქვემო ბოლნისი (kvemo bolnisi)Kəpənəkçi6 7663 3873 379100%
ნახიდური (naxiduri)Arıxlı4 8762 4072 469100%
დარბაზი (darbazi)Darboğaz3 7431 8931 85098%
მამხუტი (mamxuti)Saraçlı2 8411 3911 450100%
ბოლნისი (bolnisi)Xaçın2 3331 1031 23090%
ცურტავი (tsurtavi)Kolagir2 3191 1801 13998%
ძველი ქვეში (dzveli kveşi)Zol-Göyəç2 1831 1181 06598%
სავანეთი (savaneti)İmirhəsən1 71783588298%
ჭაპალა (çapala)Qoçulu1 623788835100%
რატევანი (Ratevani)...1 58278280096%
ფარიზი (parizi)Bala Muğanlı1 20560060598%
მუშევანი (muşevani)Dəllər1 194607587100%
აკაურთა (akaurta)Ayorta1 17458558985%
ქვემო არქევანი (kvemo arkevani)Aşağı Qoşakilsə1 05351453999%
ბალიჭი (baliçi)Balıc1 02349253196%
მუხრანა (muxrana)Daşdıqullar893445448100%
ხიდისყური (xidisquri)Hasanxocalı84643740999%
ჯავშანიანი (cavşaniani)Abdallı82943039999%
რაჭისუბანი (Raçisubani)...79536742898%
ძეძვნარიანი (dzedzvnariani)Aragöl77937940098%
ფოცხვერიანი (potsxveriani)Babakişilər72434737798%
გეტა (geta)Aşağı Güləver69833935999%
შუა ბოლნისი (şua bolnisi)İncəoğlu618331287100%
ტანძია (tanzia)Tağılı61329032399%
ზემო არქევანი (zemo arkevani)Yuxarı Qoşakilsə60427333196%
სამტრედო (samtredo)Cəfərli54126227997%
ვანათი (vanati)Mığırlı53027825296%
წიფორი (tsipori)Yuxarı Güləver52225926397%
ბალახაური (balaxauri)Sisqala502261241100%
ზვარეთი (zvareti)Sarallar50124825399%
ფოლადაური (poladauri)Çatax49535214363%18%16%
კიანეთი (Kianeti)49224924396%
ხატისსოფელი (Xatissopeli)48023924198%
ქვეში (Kveşi)44023120992%
სამწევრისი (samtsevrisi)Şəmşiöyü36118417790%
ხახალაჯვარი (xaxalacvari)Dəmirli35917218798%
ბერთაკარი (bertakari)Beytəkər289147142100%
მწყნეთი (mtsqneti)Əsmələr286144142100%
იწრია (itsria)Qaradaşlı249131118100%
ხატავეთი (xataveti)Molla Əhmədli19287105100%
ჭრეში (çreşi)Kipircik181879497%
სენები (senebi)Sənəb157817696%
საბერეთი (sabereti)Qaratikan1125656100%
პატარა დარბაზი (patara darbazi)Bala Darbaz402218100%

Mədəniyyət

Hazırda rayonda 57 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 33 kitabxana, 1 teatr, 1 muzey, 3[23] qəzet, 1[23] jurnal və 2[24] teleşirkət fəaliyyət göstərir.

İstinadlar

  1. ბოლნისის მუნიციპალიტეტი: ბოლნისის შესახებ Arxivləşdirilib 2014-05-16 at the Wayback Machine
  2. საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები: ტომი I. მთავარი რედაქტორი: თეიმურაზ ბერიძე. თბილისი: საქართველოს სტატისტიკის ეროვნული სამსახური, 2003, გვერდი 53. ISBN 99928-0-768-7
  3. National Statistics Office of Georgia. "2014 General Population Census. Main Results. General Information" (PDF) (ingilis). geostat.ge. 2016-04-28. 2016-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-28.
  4. Population. — Number of population by municipalities, page 18. // Demographic Situation in Georgia. Statistical Abstract. Author: National Statistics Office of Georgia. Editor: Tsekvava Tengiz; Responsible for the edition: Shavishvili Paata. Tbilisi — 2015, 100 pages.  (gürc.)  (ing.)
  5. http://www.gpost.ge.
  6. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 158.
  7. Müşfiq Borçalı. "Bolus (Bolnisi) rayonu" (az.). zim.az. 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
  8. ""Gürcü arzusu"nun dəyişməyən antitürk arzusu: nə baş verir? - TƏHLİL". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
  9. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: общие данные о муниципалитетах
  10. Отдел по вопросам работы советов президиума верховного совета Грузинской ССР. Грузинская ССР, Административно-территориальное деление на 1 мая 1960 года, Издание второе. Тбилиси. 1960. стр. 30
  11. "ბოლნისის ისტორია" (gürcü). ბოლნისის მუნიციპალიტეტი. 2015-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24..
  12. National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
  13. საქართველოსა და სომხეთის საზღვრისპირა რეგიონებში მოსახლეობის და არასამთავრობო\სამოქალაქო ორგანიზაციების კვლევა რაოდენობრივი და თვისებრივი კვლევის ანგარიში მომზადებულია ქეა ინთერნეშენალისთვის კავკასიაში პროექტის საქართველოს მხარის პარტნიორი სამოქალაქო განვითარების სააგენტო(CiDA) აგვისტო-ოქტომბერი, 2009 თბილისი, საქართველო
  14. The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 2002 (Total/Percentage) Arxivləşdirilib 2013-11-01 at the Wayback Machine
  15. Ethno-Caucasus, Этнодемография Кавказа: Люксембургский район (1939 г.) Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine
  16. Ethno-Caucasus, Этнодемография Кавказа: Болнисский район (1959 г.) Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine
  17. The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1979 (Total/Percentage) Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine
  18. The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine
  19. National İntegration and Tolerance in Georgia: Map: 2002 Census Courtesy of Department of Statistics Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine
  20. Ethno-Caucasus, Этнодемография Кавказа: : Распределение русских и украинцев по административно-территориальным единицам Грузинской ССР (1939 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine (без Абхазской АССР и Юго-Осетинской АО)
  21. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 198
  22. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 198-200
  23. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: СМИ и информация: Журналы и газеты
  24. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: СМИ и информация: ТВ компании

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.