Boeing CH-47 Chinook
CH-47 Chinook, Boeing şirkəti tərəfindən istehsal olunan, cüt mühərrikli və digər helikopter növlərindən fərqli olaraq, ard-arda rotorlara malik ağır yük vertolyotudur. Saatda maksimum sürəti 315 km/saatdır. Əsas vəzifəsi hərbi hissələri, artilleriya birliklərini və sursatları daşımaqdır.
Boeing CH-47 Chinook | |
---|---|
Tipi | çoxməqsədli helikopter, hərbi nəqliyyat təyyarəsi |
İstehsalçı | Boeing, Pensilvaniya, AgustaWestland, Kawasaki Heavy Industries |
İlk uçuş | 21 sentyabr 1961 |
İstismara verilmə tarixi | 1962 |
İstismarçılar |
USAF RAF Hollandiya Krallıq Hərbi Hava Qüvvələri Yunanıstan Hərbi Hava Qüvvələri Misir Hərbi Hava Qüvvələri Türkiyə Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 1.200[1] |
Vikianbarda əlaqəli mediafayllar |
16 ölkə tərəfindən, daha çox isə Amerika Birləşmiş Ştatları Ordusu (ABŞ Ordusu) və Kral Hərbi Hava Qüvvələri (RAF) tərəfindən istifadə olunur. Bu yaxınlarda Türk Silahlı Qüvvələri tərəfindən də istifadə edilməyə başlanmışdır. Bu helikopter eyni zamanda 60 heyəti daşıya bilər və bir ədəd F-16 döyüş təyyarəsini qaldırıb çəkə bilər.
Bir Boeing istehsalı olan Chinook, 2 tandem rotorlu çoxməqsədli helikopterdir. Əsas istehsal məqsədi ağır yükləri qaldırmaq olan Chinooklar, hərbi daşıma və axtarış-xilasetmə məqsədləri üçün də istifadə olunur. İki tandem mühərrik helikopterə böyük bir həcm verməklə yanaşı, vertolyotun yük qaldırmaq qabiliyyətini də xeyli artırır. Adi tək rotorlu helikopterlər yalnız bir ədəd yükü əsas rotorun altından uzanan kabellərlə qaldırır. Çünki helikopterin ağırlıq mərkəzi tam rotorun olduğu hissədir. Bu tip helikopterlərdə ayrı-ayrı nöqtələrdən iki yük daşımaq mümkün deyil, çünki bu halda vertolyotun tarazlığı pozulur və vertolyot aşa bilər. Bənzərsiz dizaynı ilə Chinook, hər bir rotorun altında bir yük olmaqla, ümumilikdə iki yük daşıyır.
Türk Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarını ödəmək üçün CH-47 Chinook ağır nəqliyyat helikopteri Quru Qoşunları Komandanlığının inventarına əlavə edilmiş və Türkiyə Ordusu Aviasiya Komandanlığının istifadəsinə verilmişdir.
3 ədəd CH-47F Chinook 2016-cı ilin iyul ayında, digər 3 ədədi isə 2016-cı ilin oktyabrında təslim edilmişdir.
5 ədədinin də 2018/2019-cu ildə təhvil veriləcəyi gözlənilir.
İstifadəçilər
Hərbi istifadəçilər
Xüsusiyyətləri (CH-47F)
Mənbə:Boeing CH-47D/F,[2] ABD Ordusu Chinook faylı,[3] Beynəlxalq Hərbi Təyyarə Kataloqu[4]
Ümumi xüsusiyyətlər
- Heyət: 3 (pilot, ikinci pilot, uçuş mühəndisi)
- Tutum:
33-55 əsgər və ya 24 xərək və 3 yoldaş və ya 12,700 kq (28,000 lb) faydalı yük
- Uzunluq: 30.1 m (98 ft 10 in)
- Rotorun diametri: 18.3 m (60 ft 0 in)
- Hündürlük: 5.7 m (18 ft 11 in)
- Disk sahəsi: 260 m² (5.600 ft2)
- Boş çəki: 10,185 kq (23,400 lb)
- Yüklənmiş çəki: 12,100 kq (26,680 lb)
- Maksimum qalxma çəkisi: 22,680 kq (50,000 lb)
- Güc bloku: 2 × Lycoming T55-GA-714A turboşaft, 4.733 a.g. (3.5296 kW) (hər biri)
Performans
- Maksimum sürət: 170 knot (315 km / s, 196 mph)
- Kreyser sürəti: 130 knot (240 km/s, 149 mil/saat)
- Mənzil: 400 nmi (741 km, 450 mi)
- Döyüş radiusu: 200 nmi (370.4 km)
- Ekspedisiya məsafəsi: 1,216 nmi (2,252 km, 1,400 mi [4])
- Xidmət tavanı: 5.640 m (18.500 ft)
- Dırmaşma sürəti: 7.73 m/s (1.522 ft / dəq)
- Disk yüklənməsi: 47 kq/m² (9.5 lb/ft²)
- Güc/Ağırlıq nisbəti: 0,28 a.g./lb (460 Vt/kq)
Silahları
Üç ədədə kimi orta pulemyot (biri yükləmə rampasına, digəri isə çiyin pəncərələrinə quraşdırılmış vəziyyətdə), 7.62 mm-lik (0.308 inç) M240/FN MAG istifadə olunur.
Avionika
Rockwell Collins Ümumi Avionika Arxitektura Sistemi (CAAS) (MH-47G/CH-47F)
Qaleriya
- Chinook, bir F-15 daşıyır
- CH-47B
- İspaniya Ordusunda bir Chinook
- Chinook, bir hərbi qayıq daşıyır
İstinadlar
- https://web.archive.org/web/20171029123708/http://boeing.mediaroom.com/2012-08-16-Boeing-Marks-50-Years-of-Delivering-Chinook-Helicopters.
- "Boeing CH-47D/F Specifications". 2012-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
- "US Army Chinook Fact File". 2013-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
- Frawley, Gerard: The International Directory of Military Aircraft, p. 49. Aerospace Publications Pty Ltd, 2002. ISBN 1-875671-55-2