Boeing B-52 Stratofortress
Boinq B-52 Srtatofortress (ingil. Boeing B-52 Stratofortress — Stratosfer qalası) — 1955-ci ildən ABŞ HHQ-nin arsenalında olan, Boeing şirkətinin ikinci nəsil amerikan çoxməqsədli ağır ən-uzaq-məsafəli qitələrarası strateji bombardmançı-raketdaşıyan təyyarə. Bu təyyarə B-36 və B-47 ləri əvəz edib. Səsdən-asta sürətdə 15 km hündürlükdə müxtəlif silah növləri, o cümlədən nüvə başlıqlı bomba daşımağa qadirdir. B-52 -nin əsas hazırlanma məqsədi - yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub.
Boeing B-52 Stratofortress | |
---|---|
Hazırlayan | Boeing |
İstehsalçı | Boeing |
İlk uçuş | 15 aprel 1952[1][2] |
İstismara verilmə tarixi | 1955 |
İstismarçılar | |
Buraxılış sayı | 744[3] |
Vikianbarda əlaqəli mediafayllar |
B-52, Ту-95 ilə bir sırada, uzaq məsafəli uçuşlara görə hərbi təyyarələrin arasında mütləq rekordçudur. Həmçin o nadir hərbi təyyarələrdəndir ki, yarım əsr müddətində durmadan xidmət edir. Baxmayaraq ki, B-52 50-ci illərdə soyuq müharibənin tələbləri ilə hazırlanıb, o indi də amerikan HHQ-nin uzaq məsafəli bombardmançı aviasiyasının əsas təyyarəsi olaraq qalır və, ən azından 2030-cu ilə qədər belə olaraq qalacaq. Bu təyyarənin modernəlşdirilməsinə 11,9 mlrd dollar xərcləmək planlaşdırılır.