Boeing B-29 Superfortress

Boeing B-29 Superfortress və ya qısaca B-29İkinci dünya müharibəsi ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan 4 motorlu ağır bombardman təyyarəsi. İkinci dünya müharibəsindən sonra Koreya müharibəsində də istifadə olunmuşdur.

Boeing B-29 Superfortress
B-29 uçarkən
B-29 uçarkən
Tipi döyüş
Hazırlayan Boeing
İstehsalçı Boeing
Dizayner Peyton M. Maqruder
İlk uçuş 21 sentyabr 1942
İstismara verilmə tarixi 8 may 1944
İstimarının bitmə tarixi 21 iyun 1960
İstismarçılar ABŞ Hərbi Hava Qüvvələri
Britaniya Hərbi Hava Qüvvələri
Avstraliya Hərbi Hava Qvvələri
Sovet Hərbi Hava Qüvvələri
İstehsal ili 1943-1946
Buraxılış sayı 3.970
Vahidinin qiyməti 639,188 $
Variantları KB-29 Superfortress
B-50 Superfortress
Tupolev Tu-4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

B-29 İkinci dünya müharibəsində istifadə olunan ən böyük bombardman təyyarələrdən biridir. Təsirli bombalama gücünə, mərkəzi atəşləmə sisteminə, uzaqdan idarə olunan silahlara malik olması başlıca üstünlüklərindən biri olmuşdur. Həm gecə, həm gündüz yüksək bombalama qabiliyyətinə sahibdir. B-29 təyyarələri Naqasaki və Hiroşimaya atom bombası dayışan təyyarələrdir. 1960-cı ilin 20 iyununda istismardan qaldırana qədər 3.970 ədəd B-29 istehsal edilmişdir.

B-29-lar İkinci dünya müharibəsində ancaq Sakit okean cəbhəsində istifadə olunmuşdur.[1] "Enola Gay" adlı B-29 "Little Boy" atom bombasını 6 avqust 1945-ci ildə Hiroşimaya, "Bocksar" adlı B-29 isə "Fat Man" atom bombasını 9 avqust 1945-ci ildə Naqasakiyə atmışdır.

Xüsusiyyətləri

XüsusiyyətRəqəm
1Maksimum heyət11
2Uzunluq30,2 metr
3Qanad uzunluğu43,1 metr
4Hündürlük8,5 metr
5Qanad sahəsi161,3 m2
6Boşkən ağırlıq33.800 kq
7Yüklü ağırlıq54.000 kq
8Maksimum qalxma ağırlığı60.560 kq
9Maksimum sürət310 knots

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.