Boduen de Kurtene
İvan Aleksandroviç Boduen de Kurtene və ya Yan Nesislav İqnati Boduen de Kurtene (pol. Jan Niecisław Ignacy Baudouin de Courtenay; 13 mart 1845[1][2][…] və ya 13 mart 1846[3], Varşava – 3 noyabr 1929[4][1][…], Varşava, Polşa[4] və ya Varşava) – rus və polyak dilçisi.
İ.A.Boduen de Kurtene | |
---|---|
İvan Aleksandroviç Boduen de Kurtene | |
Doğum tarixi | |
Doğum yeri | Radzımin |
Vəfat tarixi | 3 noyabr 1929-cu il |
Vəfat yeri | Varşava |
Elm sahəsi | dilçilik |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | İ.İ. Sreznevski |
Tanınmış yetirməsi | A.N.Qenko |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İvan Aleksandroviç Boduen de Kurtene [5] 13 mart 1845-ci ildə Varşavadan 25 km şimalda yerləşən Radzımində - Polşanın Rusiyanın tərkibinə daxil olan ərazisində anadan olmuşdur. İ.A.Boduen de Kurtene kral VI Lüdovik nəslinə aid fransız aristokrat mənsəbinə mənsubdur. Fransada Boduenlər nəsli 1730-cu ildə sona yetsə də, onun üzvlərindən bəziləri XVIII əsrin başlangıcında Polşaya köçüb orada məskunlaşmışlar. O, Varşavada gimnaziyada oxuduğu illərdə riyazi qabiliyyətinə görə müəllimlərin diqqətini özünə cəlb etmişdi. 1866-cı ildə Varşava Baş məktəbini bitirdikdən sonra Rus Xalq Maarifçilik Nazirliyinin xüsusi təqaüdçüsü kimi Praqa, Yena, Berlin və Laypsiq şəhərlərində ezamiyyətdə olur. Yenada A.Şlayxerin mühazirələrini dinləmiş, Berlində sanskrit dili mütəxəssis A.Veberin tələbəsi olmuşdu. Sankt-Peterburqda İ.İ.Sreznevskinin rəhbərliyi altında çalışsa da, onun dilçi deyil, filoloq olması üzündən ondan lazımınca faydalana bilməmişdi. İ.A.Boduen de Kurtene sanskrit və zend dilləri üzrə mütəxəssis K.A.Kossovoçin mühazirələrində də iştirak etmişdir. Varşava tarix-filologiya fakültəsində oxuduğu illərdə əsas istiqamət kimi slavyan filologiyasını seçmiş və professordan F.B.Kvet, İ.Pşiborovski və V.Y.Xoroçevskinin elmi baxışlarının təsirinə məruz qalmışdır. Məhz bu təsirin nəticəsində İ.A.Boduen de Kurtene dilin psixi təbiəti ideyasını sona qədər müdafiə etmişdir. 1868-ci ildə professor rütbəsinə hazırlamaq məqsədilə Peterburq universitetinə ezam olunur. 1870-ci ildə “XVI yüzilliyə qədərki qədim polyak dili haqqında” magistrlik dissertasiyasını, 1975-ci ildə “Rezyan şivələri fonetikası təcrübəsindən” adlı doktorluq dissertasiyasını müdafiə edir. Həmin ildən Kazan universitetində əvvəlcə dosent, daha sonra ekstraordinar və ordinar (ştatda olan) professor kimi mühazirələr oxumuşdur. 1876-1880-ci illərdə Kazan İlahiyyat Akademiyasında rus dili və slavyan şivələri üzrə müəllimlik etmişdir. 1883-cü ildə Derpt universitetində slavyan dillərinin müqayisəli qrammatikası kafedrasının müdiri olmuş və on il orada çalışmışdır. 1883-1893-cü illərdə Yuriyev universitetinin professoru, 1893-1899-cu illərdə Krakov universitetinin professoru çalışmışdır. 1887-ci ildə Krakov Elmlər Akademiyasına üzv seçilmişdir. 1893-cü ildə istefaya çıxaraq Krakova köçür və Krakov universitetində müqayisəli dilçilikdən mühazirələr oxumağa başlayır. 1890-cu ildə öz mühazirələrinə son verməyə məcbur olur. Belə ki, Avstriya Xalq Maarifi azad fikirli alimlə müqaviləni uzatmaqdan imtina etdiyindən o, Sankt-Peterburqa qayıtmalı olur. Rusiyada azsaylı xalqların dillərini müdafiə etməklə siyasi həyatda iştirak edir və buna görə də 1914-cü ildə həbs edilir. 1918-ci ildə o, Polşaya qayıdır və öz siyasi fəaliyyətini davam etdirir. Burada o, hind-Avropa dilləri kafedrasının müdiri vəzifəsində çalışır [6] Öz dilçilik görüşləri ilə vaxtını qabaqlamış Boduen de Kurtene 3 noyabr 1929-cu ildə Varşava şəhərində vəfat etmişdir.
Elmi yaradıcılığı
İ.A.Boduen de Kurtenenin əksər ideyaları yenilikçi xarakter daşımışdır. Onun dilçiliyin, hər şeydən əvvəl, ümumi dilçiliyin və slavistikanın müxtəlif problemlərini əhatə edən yaradıcılığı həcmcə kiçik, lakin elmi cəhətdən dəyərli məqalələrində pərakəndə səpələnmişdir. İ.A.Boduen de Kurtene dilçilikdə dönüş yaratmış alimlərdəndir. Ona qədər dil haqqında elmdə tarixi istiqamət olmuş və dillər yazılı abidələr əsasında öyrənilmişdir. Məhz o sübut etdi ki, dilin mahiyyəti danışıq fəaliyyətindədir və buna görə də canlı dillərin öyrənilməsi əsas götürülməlidir. Yalnız bu yolla dil mexanizmini başa düşmək və linqvistik təsvirlərin dürüstlüyünü yoxlamaq olar. İ.A.Boduen de Kurtenenin elmi-tədqiqat və ictimai fəaliyyəti 64 illik bir müddəti əhatə edir və ümumilikdə dünyanın müxtəlif dillərində yazdığı 600-dan artıq məqalənin müəllifi olmuşdur. Tədqiqatlarında ilk dəfə dil faktlarının tədqiqinə analogiyanı tətbiq edən İ.A.Boduen de Kurtene XIX əsrin əvvəllərində hökmdarlıq edən gənc qrammatiklər məktəbinin təməl daşını qoyanlardan biri hesab edilməlidir [7] O, ilk dəfə riyazi modelləri tətbiq etmiş və yeni istiqamətin – eksperimental fonetikanın bünövrəsini qoymuşdur. Dilçilik elminin tarixinə İ.A.Boduen de Kurtene iki böyük məktəbin – Kazan (N.V.Kruşevski, V.A.Boqorodski) və Peterburq (L.V.Şerba, E.D.Polivanov) məktəblərinin yaradıcısı kimi düşmüşdür. O, dünya dilçilik elmində fonem nəzəriyyəsinin banisi kimi tanınır.
Medalları
- 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni;
- 3-cü dərəcəli Müqəddəs Anna ordeni;
- 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni (1879);
- 2-cü dərəcəli Müqəddəs Anna ordeni (1884);
- 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni (1903);
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Jan Niecislaw Baudouin de Courtenay // Encyclopædia Britannica (ing.).
- The Fine Art Archive. 2003.
- Бодуэн де Куртенэ Иван Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Böyük Rus ensiklopediyası, Moskva, 2003, s.27-28
- Boduen de Kurtene. Ümumi dilçilik üzrə əsərləri, Bakı, s.8.
- Щерба Л. В. . И. А. Бодуэн де Куртенэ и его значение в науке о языке // Русский язык в советской школе. 1929, № 6, С. 66.
Həmçinin bax
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Русская фонетика
- Виноградов В.В И. А. Бодуэн де Куртенэ // И. А. Бодуэн де Куртенэ. Избранные труды по общему языкознанию. — М.: Изд-во АН СССР, 1963. — Т. І. — С. 6—20.
- Т. М. Николаева БОДУЭН ДЕ КУРТЕНЭ — РЕДАКТОР СЛОВАРЯ В. Ф. ТРАХТЕНБЕРГА «БЛАТНАЯ МУЗЫКА» («ЖАРГОН ТЮРЬМЫ»)
- Ученый, опередивший эпоху // Газета "Казанский университет". - 2011. - №51.