Boşin müharibəsi
Boşin müharibəsi[2] yap. 戊辰戦争 "Əjdaha dövrü müharibəsi" — 1868–1869 illər ərzində Yaponiya ərazisində baş vermiş vətəndaş müharibəsi. Müharibə imperator qüvvələri ilə Tokuqava şoqunatı tərəfdarları arasında baş vermişdir. Sequnat qüvvələrinin məğlubiyyəti, Meydzi iqlahatları ilə nəticələnir.
Boşin müharibəsi | |||
---|---|---|---|
Tarix | 1868–1869 | ||
Yeri | Yaponiya adaları, Yapon dənizi | ||
Səbəbi | Syoqunat idarə üsulunun yararsızlığı | ||
Nəticəsi | Syoqunatın ləğvi, Meyci islahatlarının həyata keçirilməsi, | ||
Ərazi dəyişikliyi | Okinava adasının 1971-ci il qədər ABŞ-nin nəzarətində qalması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə XIX əsrin birinci yarısında Yaponiyada baş vermiş sosial, iqtisadi və siyasi boşluqların nəticəsi idi. Bunu doğuran səbəblər sequn hökumətinin məşhurluğunun azalması və hakimiyyətin bir başa imperator tərəfindən idarə olmunması tərəfdarlarının armasından irəli qəlirdi.
3 yanvar 1868-ci ildə imperator Meyci İmperator idarə üsulunun bərpası haqqında fərmanı imzalayır. Fərmanın imzalanmasından 7 gün sonra sequn Tokuqava Yesinobu imperatorun deklarasiyasını "qanunsuz" elan edir. Bununla da müharibə başlayır. Yesinobu ordusu Kioto şəhərində yerləşən imperator sarayına hücum təşkil edir. Qüvvələr nisbətinin ⅓ olmasına və Fransızların hərbi həsləhətlərinə baxmayaraq Toba və Fişimi ətrafında döyüşdə 15 000 sequn ordusu məğlub olur. Yesibonu isə Edo şəhərinə qaçmağa məcbur olur. Syqo Takamori imperator ordusunu Yaponiyanın şimal-şərqinə aparır. Nəticədə 1868-ci ilin may ayında Edo çökür.
Yosinobunun təslim olmasından sonra Yaponiyanın böyük qismi imperatorun idarəsini qəbul edir. Bununla belə syoqunatın bəzi üzvləri Aycu birliyində mübarizəni davam etdirirlər. Ağır döyüşdən sonra Aycu birliyi 23 sentyabr 1868-ci ildə məğlubiyyətini qəbul edir. Bir aydan sonra Edo Tokio olaraq dəyişdirilir və Meyci dövrü başlayır.
Müharibənin final mərhələsində syoqunatın admiralı Enomoto Takeaki Hokkaydo adasına qaçır və burada Ezo Respublikasını qurur. Üstəlik özünü prezident elan edir. 1869-cu ilin mayında Ezo Respublikasının darmadağın edilməsi ilə müharibə rəsmən bitir.
Hər iki tərəf ümumilikdə 120 000 orduya malik olmuşdur. Ümumən 4 000 nəfər həlak olmuşdur[1].
İmperator qüvvələrinin qalibiyyətindən sonra ölkə bağlı qapı siyasətindən imtina edir. Yaponiya moderinləşmə və qərbləşmə xəttini tutur. Syoqunat liderlərinin bir qismi mühüm dövlət postlarına təyin edilir. Syoqun Yosinobu ev həbsinə atılır. Bununla belə 1872-ci ildə onun hüquqlarının bir hissəsi özünə qaytarılaraq ev həbsindən azad edilir. 1902-ci ildə hesoq titulu alır. Ancaq syoqunatın ləğv edilməsi onun siyasətə olan marağını azaltmışdır. Bu səbəbdən qalan ömrünü ictimai həyata bağlayır.
Müharibə yapon Monarxizm-Millətçilik idealogiyası təsiri altında ədəbiyyata, incəsənətə və kinoya öz təsirini göstərmişdir.
Öncəki vəziyyət
Sequnatın narazılığı
XVII əsrin ortalarında Yaponiya imperiyasının samuray hökuməti olan Tokuqava şoqunatı ölkənin cənub-qərb hissəsində hakimiyyəti təmin etmək məqsədilə Sakoku siyasəti yeridirdi. Yaponlar xariçi almlə olduqca məhdud şəkildə əlaqə qura bilirdilər. Onlar əsas əlaqələri Koreya, Sin sülələsi, Hollandiya, Ryukyu dövləti və Aynuların torpaqları ilə qurulurdu[3]. XVIII əsrin ortaları qərb ölkələri Asiyada koloniyalar qurmağa başlayırlar. Bundan sonra onlar artıq yapon sərhədlərini narahat etməyə başlayırlar. 1854-cü ildə ABŞ hökumətinin təzyiqi ilə Yaponiya hökuməti ölkənin tədric siyasətindən imtina etməli olur. 1858-ci ildə Yaponiya qərb ölkələri ilə Ansey anlaşmaları imzalayır. Bu ölkələrin dövlətin daxili işlərinə müdaxilə etmələri Yaponiyanın koloniyaya cevilməsinə səbəb olması təhlükəsi yaranır. Buna cavab olaraq yapon ziyalıları və samuraylar "Sonno Cey" adlı ictimayi siyasi təşkilat yaradırlar[4].
Bu təşkilatın məşhurluğu artdığından formal hakimiyyətə malik olan Yaponiya imperatoru artıq siyəsətə aktiv müdaxilə etməyə başlayır. O, 1863-cü ildə "varvarlarla" imzalanmış bütün müqavilələri ləğv etməyi və onların özlərini ölkədən qovmağı əmr edir. 1864-cü ildə xariçilərə hücumlar qeydə alınır. Buna cavab olaraq qərb ölkələri Yaponiya ərazisinə yürüşlər təşkil edirlər:Sasum-britaniya müharibəsi (Britaniya donanması), Simonoseki döyüşü (Britaniya, ABŞ, Fransa və Hillandiya). Bununla belə bəzi "Sonna Cey" tərəfdarlar və Tyosyu knyazlığı ordusu, Kioto şəhərini işğal etmək üçün yürüşə çıxırlar. Hədəf imperator sarayı olur. Lakin hücumun qarşısı alınır. Bununla belə artıq növbəti il onlar öz ərazilərini əlində saxlaya bilmirlər. Bir çox vilayət yerli hakimiyyət qüvvələri Edodan bu əmrə qarşı çıxırlar[5].
Daxili problemlərin üzərinə sosial və iqtisadi cətinliklər əlavə olunmuşdu. 1832–1833-cü illərdə Yaponiya tarixində ən böyük açlıq baş verir. Bunun nəticəsində ölkədə iki milyon insan həlak olur. Aclığı yaradan səbəb ekstensiv kənd təsərrüfatı olmuşdur. Üstəlik hökumət aclıq dönəmində belə vergiləri aşağı salmamışdı. Kəndlər boşalmış və əhali şəhərlərə üz tutmuşdu. Sosial-iqtisadi baxımından ölkənin elit təbəqəsi olan samuraylar əvvəlki imkanlarını itirmiş və bəziləri hətta yoxsullaşmışdı.
Bu hadisələr sequnatın xalq arasında nüfuzunu aşağı salmışdı. Üstəlik insanlar arasında imperatorun bir başa hakimiyyətinin tətbiqi tərəfdarları artmışdı.
Xarici hərbi yardım
Münaqişələrin gedişatında cənub-qərb vilayətinin hakimləri qərb ölkələrinə qarşı aparılan qovulma siyasətinin yaponiyanın məğlubiyyəti ilə bitəcəyini anladığından "açıq qapı" siyasəti yeritməyə məcbur olur. Belə ki, Tyosyu və Sasuma knyazlıqları sequnata qarşı siyasətini davam etdirərək xariçdən silah almağa başlayır[6] və ABŞ, Böyük Britaniya kimi ölkələrdən hərbi məsləhətçilər dəvət edirlər.
Sequnatda həmcinin mövcud münaqişə müqavilində ictimayi ordunu güçləndirir. Onlar öz dövrünün ən güçlü ordusu olan və Krım müharibəsi, Avstraliya-italiya-fransa müharibəsindən qalib çıxan fransız ordusuna ümid edirdilır. Bu səbəbdən ölkəyə fransız hərbi məsləhətçilər dəvət okunur[7]. Üstəlik sequnat donanmaya xüsusi diqqət artırır. Onların doqquz ədəd buxarlı hərbi gəmisi vardı. 1868-ci ildə sequnatın donanması uzaq şərqin ən böyük donanması hesab edilirdi[8].
1865-ci ildə Yokosuka şəhərində fransız mühəndis Leons Verni ilk müasir donanma arsinalını hazırlayır. 1967-ci ildə fransızlar tərəfindən gəmilərdən ibarət dəstələr yaradılır. Hətta ABŞ kimi ölkələrdən zirehli gəmilərin alınması planlaşdırılır. Ancaq ABŞ neytralığı qorumaq məqsədilə bu tip gəmilərin satışını dayandırır. Yalnız 1869-cu ilin əvvəllərində imperator donamasına bu tip bir gəmi satılmışdı[9].
Tokuqava sequnatının aradan qaldırılması
1864-cü ildə syoqunatın qüvvələri ilə Aycu və Sasuma knyanzlıqları Tyosyuya yürüşə çıxırlar. İlk əvvəl Tyosyu knyazlığı üsyançılara qoşulsada sonradan mövqeyini dəyişdirir. Üstəlik hökumətin müttəfiqi Sasuma knyazlığı 1866-cı ildə Tyosyu ilə gizli birlik yaradır. Bu birliyin hədəfi isə syoqunatın deyrilməsi olmuşdur.
1866-cı ildə Yaponiya yeni imperator və syoqunat əldə edir. Tokuqava Yosinobu syoqunat idarə üsulunun köhnəldiyini qeyd edərək dəyişiklik etməyin tərəfdar olduğunu bildirir. O, Tokuqava şoqunatınin baş nazir timalında hakimiyəti əlində saxlamağı üstün bilirdi. 1867-ci ilin oktyabrında Yosinobu baş nazir olmaqla İmperator sarayına əvvəlki hüquqları qaytarılır[10]. Bununla belə antisyoqun qüvvələri vəziyyətdən istifadə etməyi məsləhət görürlər[11]. 1867-ci ilin sonlarında "İmperator idarə üsulunun bərpası haqqında əmr" imzalanır. Bununlada syoqunat idarə üsulu ləvğ edilir. İmperatorun rəhbərliyi ilə idarə üsulu yaradılır[12]. 3 yanvar 1868 ildə Tyosyu, Tosa və Sasuma knyazlıqlarının qoşunları Kiotoda yerləşən imperator sarayını ələ keçirirlər.
17 yanvar 1868-ci ildə Yosinobu bu əmri tanımadığını bəyan edərək imperatordan onu geri götürməsini xahiş edir[13]. 24 yanvarda syoqun Kiotonu ələ keçirməyə çalışırdı.
Növbəti gün syoqun qüvvələri Sasuma knyazlığının mərkızi olsn Edonu ələ keçirir. Bir çox imperator tərəfdarları öldürülür və ya edam edilir[14].
Münaqişənin başlaması
Toba döyüşü — Fusimi
Yanvarın sonları ali syoqunat qüvvələri Kiotoya istiqamətlənirlər. Syoqunat 15 minlik orduya malik idi. Orduya daxil olan dəstələrin bir qismi fransız məsləhətçilər tərəfindən təlim verilmişdi. Buna baxmayaraq əsgərlərin böyük qismi sadəcə soyuq silahlarla təhciz olunmuşdular[14]. Onlara qarşı vuruşan Sasuma, Tyosyu və Tosa knyazlıqlarının əsgərləri tüfənqlər, Qatlinqa plemyotu ilə təhciz olunmuşdurlar. Onların 3 mini odlu silanlara malik idi.
27 yanvar 1868 ildə hər iki ordu Kiotodan cənubda Toba və Fusimi şəhərlərində yerləşirlər. Samuray qüvvələri hücumlar zamanı öz üstünlüklərindən istifadə edə bilməmişlər. 28 yanvarda İmperator Sasum, Tyosyu və Tosa knyazlıqları rəhbərliklərinə tabe olan ordunu birləşdirərək ona komandan kimi Komasu Akihitonu təyin edir. Yosinebu öz növbəsindən bu birliyin düşmənlərinin rəhbəri olur. Bununlada seyoqun ordusu qsnunsuz elan edilir[15]. 29 yanvarda imperator qüvvələri hücuma başlayır və onları əzirlər. Geri çəkilən samuraylar Uodo qalasına sığınmaq istəyi baş tutmur. 5 fevralda Uodo knyazlıq rəhbərliyi imperator qüvvələrinin tərəfinə keçir. Növbəti gün Su knyazlığı imperatorun tərəfinə keçir[16].
7 fevralda Tokuqava Yosinobu öz qərargahını Osakadan Edo şəhərinə köçürür. Sonrakı gün imperator qüvvələri bir müqavimətə rast gəlmədən Osaka qəsri ələ keçirilir. Bu syoqunatın Yaponiyanın qərbi üzərində nəzarəti itirməsi ilə nəticələnir[17].
Ava dəniz döyüşü
Toba döyüşündəki qaliibiyyətdən sonra Sasuma knyazlığının qoşunları Kaqoşimaya yönəlməsi planlaşdırılır. Bu məqsədlə Osakada yerləşən limana "Hohoi", "Heyun" nəqliyyat və "Kasuqa" hərbi gəmilər yan alır[18]. 28 yanvar səhər çağı gəmilər limanı tərk edirlər. "Heyun" gəmisi Asakiyə, а "Hohoy" və "Kaqusa" isə cənuba yönəlir. Burada onlar sequnat donanmasının admiralı Enomoto Takeakinin hücumuna məruz qalır. "Kasuqa" gəmisinin atəşə məruz qalmasına baxmayaraq cəldliyindən istifadə edərək Kaqosimaya yönəlir. "Hohoy" heyəti ilə birlikdə Uicakidə batırılır[19]. Syoqunat döyüşü qalibiyyətlə bitirməsinə baxmataraq bu müharibənin gedişatına təsir göstərə bilmir.
Bu ərəfədə Tokuqava Yosinobu qərb ölkələri ilə münasibət qurmağa cəhd göstərir. Bu məqsədlə fevralda qərb ölkələrinin nümayəndələri ilə Kobe şəhərində toplantı baş tutur. Nümayəndələr rəsmi sürətdə syoqunatın Yaponiyanın legitimliyini rəsmən tanıyırlar. Burada syoqunada hərbi yardım nəzərdə tutulsada ancaq yardımın göstərilməsi baş verməmişdir. Bir müddətdən sonra şəhərə imperator nümayənləri daxil olur və syoqunatla əvvəllər imzalanmış bütüm müqavilələrin şərtlərini qəbul etdiyini bildirir. Üstəlik xariçilərin təhlükəsizliyi təmin edəcəklərini üzərlərinə götürürlər. Bu isə öz növbəsində xariçilərin imperatorun hakimiyyətini tanıması ilə nəticələnir[20]. Mart ayında xariçilərlə bir tərəflik haqqında anlaşma imzalanır. Anlaşmaya görə qərb ölkələri tərəflərə hərbi yardım göstərə bilməzdilər[21].
Yapon hökumətinin xariçilərə verdiyi sözə baxmayaraq buna tam əməl edə bilmirlər. Sadə yaponlar xariçilərə olan nifrətinin sayəsində Tosada 8 mart tarixində "Dupleks" gəmisinin ekipajı olan 11 fransız qətlə yetirilir. Üstəlik Kiotoda britaniyalı ticarət nümayəndəsi olan Qarri Parkerə hücum olunur[22].
Edonun mühasirəsi
Kosyu döyüşü — Kasunume
Toba döyüşü — Fuşimi döyümündən sonra İmperator qüvvələri üç yerə bölünərək Edo şəhərinə istiqamətlənirlər. Bu vaxt ərzində 1 may tarixində Sinsenqumidə formalaşan antihökumət qüvvələrinin rəhbəri Kandi İsaqi ardınca 300 nəfərlə onlları qarşılamağa gedir. O, Kofu qəsrində möhkəmlənmək istəyirdi. Bununla belə imperator qüvvələrinin komandanı Sayqo Takamori 3 minlik qüvvə ilə üsyançılardan öncə qəsri ələ keçirə bilir[18].
29 mart tarixində üsyançılar və imperator ordusu Kasunuma şəhəri ətrafında toqquşurlar[23]. On qat üstünlük sayəsində imperator qüvvələri qalib gəlirlər. Bu döyüşdə üsyançılar 179 nəfərlərini itirirlər, yerdə qalanlar isə Aycu şəhərinə çəkilirlər.
Konda İsami Naqareyama şəhərində tutulur və edam edilir. Sinsenqumi liderinin öldürülməsi samuray qüvvələrinin müqavimətinin zəifləməsinə səbəb olur.
Usunemiya qəsri ətrafındakı döyüş
1868-ci ildə iki minlik üsyançı ordusu Otori Keysuke və Hicikata Tosico başda olmaqla Edo şəhərindən Usunemiya qəsrinə istiqamətlənir. Qəsr Hikko və Aycu şəhəri arasında yerləşir. Üsyançıların dəstələri Aycu, Kuvana knyazlıqları ordusundan və Sinsenqumi knyazlığının hərbi polisindən ibarət olmuşdur[24]. Knyazlığın rəhbəri Toda Tadatomo qəsrdən istifadəyə icazə versədə İmperator hömuməti tərəfindən Osu şəhərində həbs edilməsindən sonra yeni hökumətin tərəfinə keçir[25]. 7 və 8 mayda üsyançılar Simosuma və Simodate knyazlıqlarına üz tuturlar. Səbəb isə onların knyazlıqlardan maliyyə dəstəyi almaq məqsədilə həyata keçirilir. Ancaq bu ümüdlər knyazlıqlarda iqtisadi böhranın yaşanması səbəbindən əhəmiyyətsiz olur[26].
10 may səhər radələrində hücum nəticəsində Usunomiya qəsri ələ keçirilir. Hökumət əlehdarları üsyançılara qoşulurlar[27]. 11 may tarixində imperator qüvvələri Masumoto, Kurahane, Miba, İvamurata, Susaka, Hikone, Oqasu, Usunomiya və Kasama knyazlıqlarının orduları ilə birlikdə qəsrə hücum təşkil edirlər. Hücum uğursuzluqla nəticələnir və 60 əsgər itirilir. İmperator qüvvələri Usunomiya şəhərinə istiqamətlənirlə[28]. 14 mayda olunan ikinci hücum nəticəsində onlar qəsri ələ keçirə bilirlər[25].
Otorinin məğlub olmuş ordusu Aycu[29] şəhərinə geri çəkilməli olurlar.
Uena döyüşü
Uenada baş vermiş döyüş üsyançılar və imperator qüvvələri arasında Yaponiyanın mərkəz hissəsində baş vermiş son döyüş olur.
4 mat 1868 ildə İmperator ordusu Uena şəhərində yerləşən Kaneici qəsrini mühasirəyə alır. Bu qəsrdə keçmiş syoqun və onun tərdarı olan iki minlik ordu yerləşmişdi[30]. Güçlü müqavimətə baxmayaraq imperator qüvvələri elə həmin günün ikinci yarıdında şəhəri ələ keçirə bilirlər. Syoqunatın ordu qalıqları tamamən məhv edilir. Tokuqava Yosinobu ev həbsinə alınır. Bu vaxt ərzində isə Tosa knyazlığının qüvvələri dekək olar ki, döyüşsüz Edo şəhərini ələ keçirə bilirlər.
Syoqunat donanmasının lideri Enomoto Takeaki 8 hərbi gəmi və 2000 samurayla şimala yönəlir. Hədəf yerli üsyançılarla birləşib mübarizəni davam etdirmək olmuşdur. Onlarla birlikdə şimala çoxlu sayda fransız hərbi məsləhətçilərdə gedirlər[31].
Şimal İttifaqının müqaviməti
Samuray qüvvələrinin Edo şəhəri yaxınlığında məğlubiyyətindən sonra Yaponiyanın böyük hissəsində İmperator Meycinin hakimiyyəti güçlənir. Bununla belə bir necə şimal daymeləri müqaviməti davam etdirirdi[32].
1868 ilin mayında onlar imperator qüvvələrinə qarşı bir alyasda biləşirlər. Şimal İttifaqında Senday, Yonezava, Aycu, Senay və Naqaoka knyazlıqları birləşmişdi.
İttifaqın ordusu 50 000 əsgərdən ibarət idi[33]. Üstəlik 25 avqustda Senday şəhərinə Enomoto Takeakinin donanması üsyançılara qoşulur.
İttifaqın ordusu böyük olsada, döyüş qabiliyyəti baxımından olduqca zəif idi. Müasir silahlar yox dərəcəsində idi. Taxta toplardan istifadə istifadə edilirdi. Bu silahlar bir necə atışdan sonra yararsız hala düşürdü. Ən güçlü təhcizat Naqaoki knyazlığının ordusuna məxsus olmuşdur. Onlarda bir necə Qatlinqa plemyotu və 2000 fransız tüfəngi vardı.
Hokuesu döyüşü
may 1868 ildə Naqaoka knyazlığının komandanı Kavai Suqunosuke imperator qüvvələri ilə Hokuesu döyüşündə üz-üzə gəlir. Yaxşı silahlanma və yüksək döyüş qabiliyyəti sayasənində üsyançılar döyüşdə qalib gəlirlər. Bunun nəticəsində imperator qüvvələri hücumu dayandırmalı olur. 8 iyul tarixində imperiya ordusu dənizdən sahilə yan alaraq Naqaoka şəhərini yandırırlar. Bu üsyaçılarda qorxu yaradır. Elə həmin gün Naqaoka qəsri ələ keçirilir.
İki aydan sonra 10 sentyabrda Naqaoka, Aycu və Sonay knyazlıqlarının qüvvələri qəsri işğaldan azad edə bilirlər. Ancaq döyüş üsyançılar üçün böyük itkilər bahasına başa gəlir. Bu səbəbdən onlar 15 sentyabrda qəsri tərk etməli olurlar[34].
Hokuesu döyüşündən Şimal İttifaqı onlar üçün həyat əhəmiyyəti olan Niiqata şəhərini itirirlər. Bu isə öz növbəsində üsyançıların Honşu adası sahillərində imperiya donanmasəna qarşı müqaviməti mümkünsüz edirdi.
Bonari aşırımında döyüş
Bonari aşırımı Aycu şəhərinin müdafiəsi üçün olduqca əhəmiyyətli idi. Bu səbəbdən üsyançılar ərazini qorumaq məqsədilə Otori Keysuke və Hicikata Tosiconun rəhbərliyi ilə 700 əsgər və Şimal İttifaqının 2 000 əsgəri aşırımı qoruyurdu[18].
6 oktyabr 1868 ildə imperator ordusu 15 minlik qüvvə ilə Bonari aşırımına hücum təşkil edirlər. Qüvvə baxımından çoxluğu imperiya ordusuna müdafiəni yarmağa imkan verir. Bundan sonra ordu Aycuya istiqamətlənir.
Aycu döyüşü
Şəhərin böyük əhəmiyyətinə baxmayaraq Şimal İttifaqı daxili mübahisələr səbəbindən Aycuya hərbi yardım göstərə bilməmişdirlər. Oktyabrda üsyançıların ittifaqı tədricən dağıldı. 12 oktyabrda Enomoto Takeakinin donanması, Sinsequminin qüvvələri, Ottori Keysukenin rəhbərlik etdiyi samuraylar, 3 000 əsgər və fransız hərbi ekspertləri Hokkaydo adasına sığınırlar[31].
Aycu knyazlığının başçısı Masudayra Katamori faktiki imperiya ordusu qarşısı tək mübarizə aparmalı olur. Knyazlığın əsas qüvvələri Aicuvakamasu qəsrinə cəmləşmişdi. Qəsri 5000 əsgər qoruyurdu. Dayme ümumi əhalini səfərbərliyə cəlb etdi. Bütün kişilər müdafiəyə cəlb edilir. Bir necə min gənc samuraydan ibarət Byakkotay (yap. 白虎隊) dəstəsi təşkil edir[35][36].
Oktyabrın ortalarında 15-minlik imperator ordusu Vakamasu qəsrinin mühasirəyə alır. Bir necə dəfə qəsrə uğursuz hücumlar təşkil edilir. Bundan sonra mühasirə daraldılır. Bir aylıq mühasirədən sonra Masudayra Katamori təslim olma danışıqlarına başlayır. 6 noyabr 1968 ildə qəsrdəki qarnizon təslim olur.
Bu döyüş samurayların Honşu adasında son böyük döyüşü olur. Bundan sonra artıq əməliyyatlar Hokkaydo adasına keçir.
Hokkaydo hərəkatı
Şimal İttifaqı məğlub olduqdan sonra sequnatın donanması başda admiral Enomoto Takzeaki olmaqla şimalda yerləşən Ezo adasına qaçır (hazırda Hokkaydo adlanır). Donanma ilə birlikdə adaya minlərlə əsgər və başda Jyulya Bryune olmaqla fransız hərbi ekspertləri gəlirlər. 15 dekabr 1868 ildə Hokkaydo adası ərazisində müstəqil Ezo Respublikası qurulur və prezident seçkiləri keçirilir. Bu Yaponiya tarixində keçirilmiş ilk seçki olur. Yaranmış respublikanı Böyük Britaniya və Fransa müstəqil olaraq tanıuır. Buna baxmayaraq xariçi dövlətlər ona hərbi yardım göstərməkdən imtina edirlər.
Enomoto şülh anlaşması imzalamaq istəyi ilə İmperator Meyciyə petisiya göndərir, üstəlik adanın samuray adət-ənənələri cərcivəsində inkişaf etdirilməsinə icazə istəyir. Ancaq rədd cavabı alır[37].
1868–1869 illərin qış aylarında üsyançılar imperator qüvvələrinin hücumunun olacağını bilərək Hokadate şəhəri əyaxınlığında müdafiə şəbəkəsi qururlar. Respublikamın əsas qüçləndirilmiş mərkəzi Hokadatenın cənubunda yerləşən Qorekaku olur.
Üsyançıların ordusu 4 briqadaya bölünmüşdü. Hər briqadanın başında fransız zabitləri dururdu. Hər briqada isə öz növbəsində iki yarımbriqadalara bölünmüşdür. Yarım briqadalara isə yapon zabitləri rəhbərlik edirdilər[38].
Miyako yaxınlığındakı dəniz döyüşü
9 mart 1869 ildə Yaponiya İmperiya donanması Tokionu tərk edir və 20 mart tarixində Miyako şəhərinə çatır. Donanmanın flaqman gəmisi olan zirehli Kotesu gəmisindən başqa Kasuqa freqatı, üç elədə böyük olmayan korvet və üç nəqliyyat gəmisi limana daxil olur.
Düşmən donanmasının gəlməsi xəbəri üsyançılara çatdıqdan sonra onlar gözlənilməz zərbə edirmək fikrinə düşürlər. Üsyançıların planına görə onların üç gəmisi: Kaiten (Ezo Respublikasının flaqman gəmisi), Banrui və Takao buxtaya başqa ölkənin bayrağı altında dacil olacaq və gözlənilməz hücumla Kotesu gəmisini ələ keçirəcəklər. Hücum ərəfəsində Ezo Respublikasının donsnması fırtınaya düşür. Takao gəmisinin sağ mühərriki zədələnir, bu səbəbdən onun sürəti azalır. Banrui gəmisini isə fırtına açıq dənizə aparır. Gəmi döyüşdə iştirak etmədən Hokkaydoya qayıtmalı olur.
6 may tarixində Kaiten limana ABŞ bayrağı altında daxil olur. Kotesu gəmisinə yaxınlaşdıqdan sonra Kaiten gəmisinin ekipajı Ezo Respublikasının bayrağını qaldıraraq adordaj etmək istəyirlər. Döyüş zamanı Kaiten tərəfindən üç gəmi ağır zərbə alsada Kotesu gəmisini ələ keçirmək cədhi iflasa uğrayır. Artıq döyüşdə üstünlük imperiya donanmasının tərəfinə keçir. Kaiten geri çəkilməli olur. Takao isə döyüşə geçikir. Mühərrik nasazlığı sıbəbindən iperator donanması tərəfindən ələ keçirilir.[39]
Ezo Respublika Donanmasının Miyako yaxınlığında məğlubiyyəti üsyançılar üçün ağır nəticələrə gətirib çıxarır. Üsyançılar Kotesu gəmisini neytrallaşdıra bilməmiş, üstəlik Takao gəmisinin itirilməsi ilə nəticələnmişdir. Respublika donanmasının sonrakı Hakodate dəniz döyüşündəki məğlubiyyətinə səbəb olmuşdur. Bu isə öz növbəsində imperator ordusunun adaya maneəsiz daxil olmasına imkan vermişdir.
Hakodate döyüşü
4 apreldə 7-minlik Yaponiya İmperiya ordusu Hokkaydo adasına çıxarılır. İmperiya ordusu qısa müddət ərzində üsyançıların qüvvələrini darmadağın edərək respublikanın son istinadgahı olan Qoreqaku mühasirəyə alır.
Mayda fransız hərbi ekspertləri üsyançıları həyatın ümidinə buraxaraq İokoqamaya, oradan idə Fransaya qaçmalı olurlar.
Hakodate buxtasında dəniz döyüşü
4 may tarixində İperator donanması Kotesu, Kasuqa, Hirui, Тeybo, Yeharu və Mosun gəmiləri ilə Hakodate buxtasında güçləndirilmiş məntəqələri atəş zərbələri ilə darmadağın edir. Sonra isə üsyançıların donanmasına hücuma keçir. Buna qədər artıq Ezo Respublikası donanması Kaie Maru, Sinsoku və Kanrin Мaru itirmişdi. Bu zaman üsyançıların əlində yalnız Kaiten, Banruy, Tiedaqata, Seqei' və Mikaho[40] gəmiləri qalmışdır.
Yaponiya İmperiya donanması 7 may tarixində Hakodate buxtasındakı dəniz döyüşünü qalibiyyətlə bitirir.
17 may 1869 ildə donanmasını və əsgərlərini itirən Ezo Respublikası təslim olur. 18 mayda isə Enomoto Takeaki qalanı imoerator ordusuna təhvil verir[41].
Respublika öz fəaliyyətini tamamən 27 iyun 1869 ildə dayandırır. Samuray üsyanının bitməsi və Boşin müharibəsinin sona çatması demək idi.
Nəticələri
İmperator qüvvələrinin Voşin müharibəsində qalibiyyəti yuxarı dairələr, qanunvericilik, inzibati, maliyə, sənaye, siyasət, təhsil, din və yaponların digər həyatı əhəmiyyətli sahələrinə öz təsirini göstərdi. 1868-ci ildə Yaponiya İmperatorunun aparatı Kiotodan Tokio şəhərinə köçürülür. Vətəndaş müharibəsinin fəsqlənmiş simaları olan Sasuma, Tesyu və Tosa kyazlıqlarının rəhbərləri yeni hökumətdə məsul vəzifəyə təyin olunurlar[42]. Sequnatın bir çox keçmiş yüksək çinli məmurları İmpetor administrasiyasına daxil olurlar[43].
1871-ci ilə qədər artıq knyazların hərbi və siyasi hakimiyyətinə son qoyulurdu. Knyazlıqlar isə prefekturalara çevrilirdi. Prefekturalların rəhbərləri imperator tərəfindən təyin edilirdi[44]. Əhəmiyyətli islahatlardan biri Samuray qaydalarının ləğvi olmuşdur. Keçmiş samuraylar məmurlara çevrilir və ya digər səhsul vəzifələrə çevrilirdi. Artıq orduya bütün təbəqələrin nümayəndələri çağrılırdı.
İmperator təhsil islahatı həyata keçirir. İlk əvvəl fransız təhsil sistemi tətbiq olunsada sonradan alman təhsil sisteminə keçilir. Orta təhsil icbari elan edilir. 1880–1890 illərdə konfutsiçilik və sintoizm, üstəlik imperator mədəniyyəti bütün təhsil müəssisələrində tədris olunur. Bir çox tələbələr Avropa və Amerikanın ali təhsil məktəblərinə gördərilir və ya xariçdən ölkəyə mütəxəsislər dəvət edilir[45]. Yeni hökumət iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir və əsasən iri kompaniyaların yaradılmasına əhəmiyyət verirdi.
1869-cu ildə imperatorun əmri ilə Tokioda Boşin müharibəsində həlak olmuş əsgələrin xatirəsinə Yasukuni abidəsi[46] inşa edilir.
İmperator hökuməti Sakoku siyasətindən imtina edir və Yaponiyanın modernləşdirilməsinə başlanılır. İmperator xariçi ölkələrlə imzalanmış bərabər hüquqlu olmayan müqavilələri dəyişməyi və digər ölkələrlə əlaqələrin qurulmasına səy göstərirdi[47].
Meydzinin hakimiyyətinən əvvəllərində Yaponiya ilə Fransa arasında münasibətlər olduqca soyuq olmuşdur. Səbıb isə fransızların sequnatlara verdiyi dəstəklə əlaqədar olmuşdur. 1974-cü ildə Yaponiyaya ikinci, 1884-cü ildə isə üçüncü fransız hərbi misiyası təşkil olunur. İki ölkə arasında münasobətlər istiləşir. 1886-cı ildə fransız mühəndislər Yaponiya İmperator donanmasının tikintisində fəal iştirak edirlər.
1868 ildə imperator "Beş nöqtə andiçməsini" qəbul edir. Burada bütün yapon əhalisinin hüquqi baxımdan bərabərləşdirilməsinə söz verilirdi.
Bütün edilmiş islahatlar Yaponiya konstitutsiyasında öz əksini tapırdı. Konstutsiya 1889-cu ildə qəbul edilir[18].
Samuraylar islahatların nəticəsində bütün hüquqlarından məhrum olurlar. Bu isə öz növbəsində bir sıra samuray üsyanlarına səbəb olur[48]. 1874 ildə Saqa prefekturasında, 1876 ildə isə Tesyu knyazlığı ərazisində üsyanlar baş verir. 1877 ildə keçmiş samuraylar Sayqo Takamorinin başçılığı ilə Sasum üsyanına başlayırlar. Üsyan uğursuzluqla nəticələnir.
İnçəsəntdə
Boşin müharibəsi yapon inçəsənətinə, ədəbiyyatına və Yaponiya kinomateqrafiyasına öz təsirini göstərmişdir.
Müharibə ilə əlaqədar kitablar yazılmış, seriallar və kinolar çəkilmiş, tablolar təsvir edilmişdir.
Hətta 2003-cü məşhur yapon yazıçısı Asada Cironun "Samurayın sonuncu qılınçı" (yap. 壬生義士伝, みぶぎしでん) romanı əsasında rejisor Ken Vatanabe serial çəkmişdir. Anime janrında çəkilmiş məşhur "Rurouni Kenshin" serialında Boşin müharibəsi dövrü və sonrası təsvir edilmişdir.
Mənbə
- Boşin müharibəsi Arxivləşdirilib 2007-11-07 at the Wayback Machine (yap.)
- The Battle of Ezo Arxivləşdirilib 2007-03-04 at the Wayback Machine
- National Archives of Japan: Boshinshoyo Kinki oyobi Gunki Shinzu, precise reproduction of Imperial Standard and the colors used by Government Army during Boshin War (1868) Arxivləşdirilib 2008-04-03 at the Wayback Machine
İstinadlar
- Hagiwara, Kōichi. Illustrated life of Saigō Takamori and Okubo Toshimichi. ст. 50
- Книга Самурая. — Санкт-Петербург : Евразия, 2008. — С. 568 — ISBN 978-5-8071-0300-9
- The technology of Edo (見て楽しむ江戸のテクノロジー), 2006, ISBN 4-410-13886-3
- Hagiwara, Kōichi. Illustrated life of Saigō Takamori and Okubo Toshimichi. ст. 34
- Jansen, Marius B. (2002). The Making of Modern Japan ст. 303–305.
- Hagiwara, Kōichi (2004). 図説 西郷隆盛と大久保利通 ст. 34–35
- Polak, Christian (2002). 日仏交流の黄金期 ст. 53–55
- "Sequnad donanmasının xarasteriktikası" (Yaponca). 2006-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
- Keene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 165–166.
- Satow, Ernest (1968). A Diplomat in Japan ст. 282
- Satow, Ernest (1968). A Diplomat in Japan ст. 286.
- Keene, Donald (2005). Emperor of Japan: Meiji and His World Keene, ст. 120–121
- Keene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 124.
- Keene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 125
- Keene, Donald (2005). Emperor of Japan: Meiji and His World стр. 126–127.
- Hagiwara, Kōichi (2004). 図説 西郷隆盛と大久保利通 səh. 42
- Hagiwara, Kōichi (2004). 図説 西郷隆盛と大久保利通 стр. 43–45.
- J., David (1997). Japan. A documentary history: The late Tokugawa period to the Present
- Schencking, J. Charles (2005). Making Waves: Politics, Propaganda, And The Emergence Of The Imperial Japanese Navy ISBN 0-8047-4977-9
- Polak, Christian (2002). 日仏交流の黄金期 ст. 75.
- Polak, Christian, et al. (1988). 函館の幕末・維新 "End of the Bakufu and Restoration in Hakodate" ст. 77.
- Le Monde Illustré № 583 13 iyun 1868
- Hazırda Kosyu adlanır və Yamanasi prefekturası ərazisinə daxil edilir.
- Ōtori Keisuke. "Nanka Kikō". Kyū Bakufu 1 (1898) ст. 21
- Abe Akira, "Utsunomiya-han", in Hanshi Daijiten, Том 2. 1989, ст. 189.
- Kikuchi Akira, Shinsengumi Hyakuichi no Nazo. 2000, ст. 217
- Nagakura Shinpachi. Shinsengumi Tenmatsu-ki. 2003, ст. 180.
- Yamakawa Kenjirō, Aizu Boshin Senshi. 1931, ст. 235
- amakawa Kenjirō, Aizu Boshin Senshi. 1931, ст. 236
- Mori Mayumi. Shōgitai Ibun ст. 123
- Polak, Christian, et al. (1988). 函館の幕末・維新 "End of the Bakufu and Restoration in Hakodate ст. 81.
- Bolitho, Harold (1974). Treasures among Men: The Fudai Daimyo in Tokugawa Japan ст. 246
- Polak, Christian (2002). 日仏交流の黄金期 ст. 79–91
- Adachi Yoshio 阿達義雄. Kaishō Suneru to Boshin Niigata kōbōsen 怪商スネルと戊辰新潟攻防戦. Niigata: Toyano Shuppan 鳥屋野出版, 1985
- Noguchi Shinichi, Aizu-han. Tokyo: Gendai Shokan, 2005. ISBN 4-7684-7102-1
- Журнал Япония сегодня Статья: "Наш путеводитель по западной окраине Тохоку". Номер за январь 2004 года
- Black, John R. (1881). Young Japan: Yokohama and Yedo ст. 240–241
- Polak, Christian, et al. (1988). 函館の幕末・維新 "End of the Bakufu and Restoration in Hakodate ст. 85–89.
- Hillsborough, Romulus (2005). Shinsengumi: The Shogun’s Last Samurai Corps. Tuttle Publishing. ISBN 0-8048-3627-2.
- Ballard C. B., Vice-Admiral G. A. The Influence of the Sea on the Political History of Japan
- Polak, Christian, et al. (1988). 函館の幕末・維新 "End of the Bakufu and Restoration in Hakodate
- Tōgō Shrine and Tōgō Association (東郷神社・東郷会)
- Gordon, Andrew (2003). A Modern History of Japan ст. 64–65
- Jansen, Marius B. (2002). The Making of Modern Japan ст. 348–9.
- Бирюлёв И. М. Новая история. — Просвещение. — Киев: 1999.
- "BBC News. 15 августа 2005 года". 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-16.
- Keene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 142.
- Jansen, Marius B. (2002). The Making of Modern Japan ст. 367–368