Boğutlu

Boğutlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2]

Kənd
Boğutlu
40°17′54″ şm. e. 43°45′15″ ş. u.
Ölkə  Ermənistan
Region Talin mahalı
Rayon Talin rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.200 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 3.278 nəf. (2011)[1]
Rəsmi dili
Boğutlu xəritədə
Boğutlu
Boğutlu

Tarixi

Rayon mərkəzindən 4 km cənub-şərqdə yerləşir. rus. «Свод статических данных о населении Закавказского края» toplusunda Buqıtı,[3] Qafqazın 5 verstlik xəritəsində Buğutlu kimi[4] qeyd edilmişdir.

Toponim türk dilində «dağ maralı» mənasında işlənən buğut sözünə[5] -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

Zootoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 3l.VIII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Arteni qoyulmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. «Свод статических данных о населении Закавказского края» toplusu, № 1109
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.44
  5. Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана, АлмаАта, «Наука», 1974, s.73
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.