Blitzkriq
Blitzkriq (alm. Blitzkrieg, Blitz ["ildırım"] + Krieg ["müharibə"] sözlərinin birləşməsindən yaranıb) və ya "İldırımsürətli müharibə" — sürətli qələbə qazanmaq üçün gərgin hərbi kampaniya.[1] XX əsrin əvvəllərində feldmarşal Alfred fon Şliffen tərəfindən yararıdılıb.
Bu müharibə taktikası, müharibə gedişinin ildırım sürəti ilə aparılmasıdır. Belə ki, İkinci Dünya müharibəsi zamanı almanlar birçox dövləti eləcə də Polşanı, Danimarkanı, Norveçi, Niderlandı, Belçikanı və Fransanı bu taktika ilə məğlubiyyətə düçar etmişdilər. Bu taktikanın yerinə tam olaraq yetirilməsi üçün iki şey əsasdır: yaxşı hava şəraiti və yaxşı ordu.
İldırım müharibəsinin digər prinsipi isə düşmən ərazisində genişçaplı yarmalar açmaq, düşmən qüvvələrini mühasirəyə alaraq məhv etmək və özünün öləcəyini bilə-bilə düşmənin üstünə hücum çəkmək idi. Bütün ordu əlindən gəldiyi qədər güclü hərəkət etməli və düşmənə qarşı amansız olmalıdır. Dərin bir hücum gerçəkləşdirərək düşmənin müharibə mexanizmi, planları puça çıxarılır və düşmən qaçınılmaz məğlubiyyətə düçar olur. Beləliklə ildırım müharibəsi, düşmən qüvvələrinin müharibə ərazisində tam məhvinə əsaslanır.
İstinadlar
- "Blitzkrieg". www.history.com. www.history.com. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2020.