Bled

Bled (sloven. Bled, alm. Veldes) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliyaAvstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur

Bled
sloven. Bled
Gerb
Gerb
46°22′ şm. e. 14°04′ ş. u.
Ölkə  Sloveniya
Tarixi və coğrafiyası
Sahəsi 188 km²
Mərkəzin hündürlüyü 501 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 5 252 nəfər (2002)
Rəqəmsal identifikatorlar
Telefon kodu +386 4
Poçt indeksi 4260
Digər
bled.si  (sloven.)
Bled xəritədə
Bled
Bled
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir. Şəhərin yaxınlığından Lyblyana-Fillah avtomobil maqistralı keçir.

Tarixi

Bled qəsri

Bled bölgəsinə slavyanlar VII əsrdə məskunlaşmışdılar[1]. Bled qəsri haqqında ilk dəfə alman Feldes 1004-cü ildə məlumat vermiş. Məlumat əsasən Briksen yepiskopluğundan Müqəddəs II Henriyə olan şikayətdən idi. 1278-ci Bled bütün Krayno ərazisi ili birlikdə Morov vuruşması nəticəsində I Rudolfun tabeliyinə keçdi.

Bled Birinci Dünya müharibəsinə kimi Habsburqların tərkibində olmuş. Bir tək 1509–1816-cı illərdə İllirii əyalətinə daxil edilmişdir.

Avstriya-Macarıstan İmperiyasının parçalanmasından sonra Bled Yuqoslaviya ərazisinə daxil edildi. Şəhər monarx Karaqeorqievlərin evinə çevrildi. Daha sonra isə Yuqoslaviya Kommunistlər İttifaqının Baş katibi İosip Broz Titonun yay rezidensiyası kimi istifadə olunurdu. 1991-ci ildən Bled müstəqil Sloveniyanın təribindədir.

Görməli yerləri

Bled gölü — təmiz sulu gözəl dağ gölü. Gölün ortasında Uspeniya gözətçi qalası yerləşir. Bled qəsri — hündürlüyü 130 metr olan qaya çıxıntısı üzərində inşa olunub. 1004-cü ildə yada salınır və dəfələrlə genişləndirilmiş, bərpa olunmuşdur.

Xarici keçidlər

İstinadlar

  1. Плетерский А. Становление славянской государственности в Восточных Альпах Arxivləşdirilib 2019-05-28 at the Wayback Machine // Studia Slavica et Balcanica Petropolitana 2012. № 2 (12)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.