Blankizm
Blankistlər — fransız inqilabçısı, utopik-kommunist Lui Oqüst Blankinin (1805–1881) ardıcıllarına deyilir.
Blankistlər sinifsiz kommunizm cəmiyyəti yaratmağı öz qarşılarına məqsəd qoymuşdular. Onlar hesab edirdilər ki, öz ideallarını sinfi mübarizə yolu ilə deyil, bir ovuc qəsdçilər tərəfindən edilən siyasi çevrilişin köməyi ilə həyata keçirə bilərlər.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.