Blackface
Blackface və ya qara üz, qaradərili olmayan sənətçilər tərəfindən əsasən qara dərili bir şəxsin karikaturasını canlandırmaq üçün istifadə olunan teatrlaşdırılmış bir makiyaj formasıdır. Blackface termini eyni zamanda irqi stereotipləri rədd edən üz boyama üslubları üçün də istifadə olunur.
Konsepsiya 19-cu əsrdə ABŞ-də populyarlıq qazandı və əsrin ortalarına qədər minstrel adlı şoularda geniş yer almışdır. Opera kimi rəsmi əsərlərin xalqa uyğunlaşmış versiyası ola bilən minsterlər, özünəməxsus bir Amerika sənət növünə çevrilmişdir. 20-ci əsrdə isə blackface minstrel şoularından ayrılaraq özü müstəqil bir şou formasına çevrildi.
Amerika Birləşmiş Ştatlarında, 21-ci əsrin əvvəllərində blackface dəbdən düşmüş və ümumiyyətlə aqressivliyin, hörmətsizliyin və irqçiliyin rəmzi olaraq qəbul edilmişdir. Bunun əksinə olaraq, konsepsiya hələ də bir çox bunu belə qəbul etməyən ölkədə davam etdirilir.