Bizerta

Bizerta Bənzərt (ər. ) — Tunisin şimalında, Bizerta azad iqtisadi zonasında şəhər. Bizerta vilayətinin inzibati mərkəzi.[3]

şəhər
Bizerta
ing. Bizerte, ərəb. بنزرت
37°16′28″ şm. e. 9°52′26″ ş. u.
Ölkə  Tunis
Tabesində Bizerta
Tarixi və coğrafiyası
Sahəsi 34[1]
Mərkəzin hündürlüyü 5[2]
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi 142,966 nəfər (2014)
Sıxlığı 3.363 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +216
Poçt indeksi 7000
Nəqliyyat kodu BI
Digər
web.archive.org/web/20100104111052/http://www.commune-bizerte.gov.tn/
Bizerta xəritədə
Bizerta
Bizerta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

Əhalisi 115 min (2005). Nəqliyyat qovşağı.[3]

Coğrafiyası

Aralıq dənizində port (filiz xammalı, neft məhsulları, sement, həmçinin zeytun yağı və s. kənd təsərrüfatı məhsullarının ixracı).[3]

Tarixi

Bizerta qədim (e.ə. 9-cu əsr) Finikiya məskəninin yerində salınmış, sonralar Hippon-Diarritus (Hippo Diarrhytus) adlı Roma şəhəri olmuşdur. 698-ci ildən Əməvilərin tabeliyində olmuş, Bənzərt adlandırılmışdır. 153572 -ci illərdə İspaniyanın hakimiyyətinə keçmişdir. Fransa protektoratı olduğu dövrdə (18811956) Fransanın HDQ-nin bazası olmuşdur (1963-cü ildə təxliyə edilmişdir). FinikiyaRoma məskənlərinin qalıqları saxla nılmışdır.[3]

Memarlığı

Bizertanın köhnə hissəsini (Zarzuna adlanan ənənəvi məğrib şəhəri) yeni hissədən kanal (1891-ci ildə qazılmışdır) ayırır. Fort-Sidi-Salem içqalası (1573, 1968-ci ildə teatr kimi yenidən tikilmişdir), Yusef-Dey fəvvarəsi (1642), 8-bucaqlı minarəsi olan məscid (1652) Bizertanın orta əsr memarlıq abidələrindəndir. 20 əsrin 2-ci yarısından Bizerta fransız memarlarının (A. Demene, B. Zerfüss, J. Marme) 1948-ci ildə tərtib etdikləri plana əsasən yenidən qurulmuşdur. 20-ci əsrin memarlıq abidələri: Müq. Aleksandr Nevski kilsəsi (1938); vitrajlarla bəzədilmiş Notr-Dam-de-Frans bazilikasının yerləşdiyi baş meydan (1954; J. Le Kutyor, mühəndis B. Lafay); konqres binası (1965 O.K. Kakub). 7 noyabr Universitetinin elmlər fakültəsi; Okeanoqrafiya muzeyi var.[3]

Sənayesi

Neft emalı, metallurgiya, yeyinti (əsasən, zeytun yağı istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Tərsanə; sement zavodları var. İri bədii sənətkarlıq mərkəzidir (əsasən, xalçaçılıq, krujeva -toxuma, metalişləmə).[3]  

Həmçinin bax

İstinadlar

  1. (in French) Municipalité de Bizerte Archived January 4, 2010, at the Wayback Machine.
  2. City Coordinates (Dateandtime.info)
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana  Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 184. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.